Süd Yolu qalaktikasında kainatın yaşı ilə eyni yaşda olan qədim ulduzlar kəşf edilib
Elm & Texnologiya
02.08.2024
Emil Nəcəfov
Süd Yolu qalaktikasının tərkib hissəsini təşkil edən komponentlər arasında nazik və qalın disk var. Qalaktikamızın spiral qolları məhz həmin disklər olan sahədə yerləşirlər. Daha öncə alimlər hesab edirdilər ki, Süd Yolu qalaktikasının nazik diski qalaktikanın ən cavan komponentidir. Lakin aparılmış yeni araşdırma onu göstərib ki, qalaktikanın nazik diskində demək olar kainatın yaşı ilə eyni yaşda olan ulduzlar mövcuddur. Bunu aşkar etmək üçün alimlər Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatları analiz ediblər. Sözügedən teleskop Süd Yolu qalaktikasının detallı xəritəsini tərtib edir və bizim qalaktikadakı milyardlarla ulduzun hərəkətlərini, yerləşdikləri yerlərini və onların tərkib hissələrini analiz edir.
Günəş sisteminin özü də qalaktikanın nazik diskində yerləşir. Günəş sistemi 4.6 milyard il bundan öncə formalaşıb. Günəşin də yaşı təqribi olaraq o qədərdir. Alimlər daha öncə güman edirdilər ki, nazik disk 8-10 milyard il bundan öncə formalaşmağa başlayıb. Lakin bununla belə alimlər ehtimal edirdilər ki, nazik diskin yaşı daha çox ola bilər. Bunun əsas sübutu isə nazik diskdə yerləşəcək qədim ulduzlar olmalı idilər. Aparılmış yeni araşdırma çərçivəsində alimlər məhz həmin qədim ulduzların axtarışlarında olublar. Kainat öz tarixinin ilk zamanlarında əsasən hidrogen və heliumdan təşkil edilmişdi. İlk ulduzlar formalaşandan və qısa ömür sürdüklərindən sonra onlar supernova partlayışına məruz qalmışdılar.
Supernova partlayışları hesabına kosmos daha ağır kimyəvi elementlərlə zənginləşməyə başladı. Məhz həmin ağır kimyəvi elementlər ilk ulduzların formalaşmasına səbəb oldular. İlkin ulduzlar bir qayda olaraq öz tərkiblərində hidrogen və heliumdan başqa oksigen, karbon və dəmir kimi daha ağır elementləri də birləşdirirlər. Məhz bu elementlər ulduzun yaşını təyin etməyə imkan verirlər. Alimlər bizim Günəşdən 3200 işıq ili radiusundakı ulduzları analiz ediblər. Nəticədə onlar çox qədim ulduzları kəşf ediblər. Məlumatda qeyd edilib ki, kəşf edilmiş ulduzlar 13.8 milyard il yaşa sahib kainatdan sadəcə bir neçə yüz milyon il daha cavandırlar. Alimlərin sözlərinə əsasən Süd Yolu qalaktikasının nazik diskində qədim ulduzların kəşf edilməsi nazik diskin düşünüldüyündən daha erkən zamanlarda formalaşmağa başladığına işarə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Atronomlar Süd Yolu qalaktikasının mərkəzindən 1 işıq ili radiusunda potensial yeni növ ulduzları kəşf etmiş ola bilərlər. Məlumata əsasən potensial olaraq kəşf edilmiş yeni növ ulduzlar sirli qaranlıq materiya hissəciklərinin məhv olmaları hesabına mövcuddurlar.
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
James Webb kosmik teleskopu hələ elmi açıqlaması olmayan heyrətləndirici məlumatları təqdim etməyə davam edir.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!