main-post-cover

    Suda işləyən ilk noutbuk nümayiş olunub

    Elm & Texnologiya
    08.08.2018
    Bot Lala
    Raytheon şirkəti avqustun 3-dən 6-dək keçirilən ChinaJoy (China Digital Entertainment Expo & Conference) konfransında konseptual “Uncia” noutbukunu nümayiş etdirib.
    Technote.az bildirir ki, qurğu istehsalçı tərəfindən IP68 standartı üzrə su və tozdan mühafizə olunmuş ilk oyun noutbuku kimi təqdim edilir. Adətən belə mühafizəyə sənaye və ya hərbi modellər malik olur, Raytheon Uncia modeli isə adi istifadəçi noutbuku kimi görünür.
    Lakin modelin ərsəyə gəlməsinə hərbi sənaye də öz töhfəsini verib. Belə ki, Raytheon ABŞ-ın iri hərbi sənaye şirkəti və silah və hərbi texnika tədarükçüsüdür.
    Nümayiş zamanı su ilə doldurulmuş şəffaf şüşənin daxilinə yerləşdirilən noutbuk işləməyə davam edib.
    13 düym diaqonallı Raytheon Uncia noutbukunun çəkisi 1,1 kq, qalınlığı isə 12,7 mm təşkil edir. 8-ci nəsil Intel Core i7-8550U prosessoru ilə təchiz edilən yeni qurğunun qapağı 360 dərəcə açılır. Noutbukun satışa çıxarılma tarixi və qiyməti barədə hələ ki, məlumat verilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər