main-post-cover

    Süni zəka mütəxəssisləri nə qədər maaş alırlar?

    Elm & Texnologiya
    24.10.2017
    Farid Pardashunas
    Böyük texnoloji şirkətlər səsli köməkçilər və avtopilot sisteminə sahib avtomobilləri yaradaraq süni zəka sahəsinə üstünlük verirlər.
    Lakin New York Times-ın verdiyi xəbərər əsasən bu sahədə mütəxəssis çatışmazlığı var. Sözügedən mütəxəssisləri ələ keçirmək üçün İT sahənin nəhəngləri hətta bu işə ilk başlayan insanlara belə külli miqdarda vəsait ödəməyə hazırdırlar. Təəccüblüsü budur ki, məhz bu faktor sayəsində süni zəka kadrları daha da azalırlar. Yüksək texnoloji şirkətlərin anonim qalmaq istəyən 9 əməkdaşının sözlərinə əsasən süni zəka sahəsinin aspirantura məzunları 300.000-500.000$ maaş ala bilərlər. Bu hətta aşağı səviyyəli təhsil və iş təcrübəsinə sahib insanlara da aiddir. Süni zəka üzrə məşhur mütəxəssislər şirkət kapitalından pay götürərək 4-5 illik milyonlarla dəyəri olan müqavilələr bağlayırlar. Daha sonra onlar öz müqavilələrini uzada və ya yeni şərtlər üzərində tamamilə yeni müqavilələr bağlaya bilərlər.

    Daha çox süni zəka layihələrinin idarəolunması üzrə rəhbərlərə qiymət verilir. Süni zəka tərtibatçılarının maaşlarının bu qədər yüksək olmasında bir neçə faktor rol oynayır. Birincisi bu, Silikon Vadisi ilə rəqabət aparan ənənəvi avtomobil istehsalçılarının olduqları mühitdə avtonom avtomobillərin yaradılmasıdır. İkinci faktor kimi isə səsli köməkçilərin, ağıllı evlərin və sosial şəbəkələrin süni zəka vasitəsilə təkmilləşdirilməsi texnologiyalarının yaradılması üçün “Facebook” və “Google” kimi nəhənglərin investisiyaları çıxış edirlər. Element AI adlı müstəqil laboratoriyanın hesablamalarına əsasən bütün dünya üzrə süni zəka ilə çalışa biləcək bacarıqlara sahib 10.000-dən az insan mövcuddur. Bununla yanaşı bu sahədəki kadrların qıtlığını məhz nəhəng şirkətlər yaradırlar. Süni zəka mütəxəssislərin bu dərəcədə az sayda olduqları bir vaxtda həmin şirkətlər akademik mühitin təmsilçilərini işə götürürlər.

    Bu səbəbdən tələbələrə texnologiyalar üzrə təhsil verə biləcək professorların sayı getdikcə azalır. Son illər ərzində biznesdə çalışmaq üçün Stenford Universitetinin süni zəka üzrə məşhur 4 professoru universitetdən ayrıldı. Vaşinqton ştatının universitetindəki süni zəka üzrə 20 professordan 6-sı isə nəhəng şirkətlərdə çalışmağa üstünlük verdilər. Universitetdə qalmış professorlara isə xüsusi imkan yaradılır. Beləliklə onlar həm tələbələrə təhsil verə, həmdə biznes sahəsində çalışa bilərlər. Mütəxəssislərin fikrincə şirkətlərin bu cür strategiyası cəmiyyətə mənfi təsirlər göstərsə də, onlar rasionaldırlar. Bu cür vəziyyəti “Google” şirkətinin 2014-cü ildə DeepMind adlı süni zəka laboratoriyasını alması çox yaxşı şəkildə təsvir edir. Keçən il bu laboratoriyanın 400 nəfərlik işçi heyyətinin maaşlarına ümumilikdə 138 milyon dollar əxrclənib. Yəni hər bir əməkdaşa ortalama 345.000$ vəsait düşür.

    Böyük olmayan şirkətlər bu cür rəqəmlərlə rəqabət aparmaqda çətinlik çəkirlər. Sağ qalmaq uğrunda onlar heç gözlənilməyən yerlərdə olan mütəxəssisləri axtarırlar. Məsələn, onlar lazımi riyazi bacarıqlara sahib fizik və astronomları işə götürürlər. Digər startaplar isə bu cür mütəxəssiləri Asiyadan və Şərqi Avropadan tapırlar. Belə ki, sözügedən regionlarda həmin mütəxəssislərə hələki tələbat azdır. Süni zəkanın inkişaf etdirilməsi üçün “Google” və “Facebook” kimi şirkətlər bütün imkanlarından istifadə edirlər. Bu sahədə çalışan işçilərə süni zəka üzrə təlimlərin təşkil edilməsini misal gətirmək olar. Ümumilikdə isə mütəxəssislərin fikrincə perspektivli gələcəkdə süni zəka sahəsində kadrların çatışmazlığı məsələsi öz həllini tapmayacaq. Belə ki, bu işdən başı çıxacaq yaxşı bir əməkdaşın hazırlanması üçün daha çox vaxt lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər