Logo
    main-post-cover

    Süni zəkaya sahib beyin implantları psixoloji konfidensiallığa zərər yetirə bilərlər

        BMT neyrotexnologiyalar sahəsindəki nailiyyətlərin potensial olaraq insanlara zərər yetirəcəklərindən narahatdır. Söhbət, əsasən insan beyninə quraşdırılmaq üçün nəzərdə tutulmuş süni zəka çiplərindən gedir. BMT-nin fikrincə bu cür texnologiya süni zəkaya insanların fikirlərini və beyin mexanizmlərinin manipulyasiya imkanını təqdim etməklə onların psixoloji konfidensiallıqlarını poza bilərlər. “Bu, bir növ neyrotexnologiyanın steroid ilə təmin edilməsi deməkdir” - deyə BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə iqtisadçısı Mariagrazia Squicciarini qeyd edib. Süni zəka neyrotexnologiyalar sahəsini mənimsəməyə başladığı zaman o, dövlət səviyyəsində tənzimlənməyə ehtiyac duyacaq. UNESCO-nun sosial və humanitar elmlər üzrə icraçı direkturunun köməkçisi Gabriela Ramos-un fikrincə bu cür texnologiya uzunmüddətli perspektivlərə və potensial zərərli imkanlara sahibdir.
        “Biz elə bir dünyaya aparan yoldayıq ki, həmin dünyada alqoritmlər insanın psixoloji proseslərini deşifrələmək və insanların qərarları, məqsədləri, emosiyalarının əsaslarını təşkil edən beyin mexanizmlərini birbaşa manipulyasiya etmək imkanlarına sahibdirlər” - deyə Gabriela Ramos qeyd edib. BMT-nin icraçı direktoru Antonio Guterres hesab edir ki, süni zəka texnologiyası sürətlə inkişaf edir və o, insan həyatında müsbət hallara yol aça bilər. Lakin bununla yanaşı onun praktik tətbiqi mənfi özəlliklərə də gətirib çıxara bilər. Bu məsələdə misal olaraq Hannah Galvin adlı qadın gətirilib. Epilepsiyadan əziyyət çəkən Hannah Galvin-in beyninə neyrotexnoloji çip yerləşdirilib. Sözügedən çip qadında epilepsiya tutmalarının təyin edilməsi və qadına nə zaman uzanmaq lazım olduğunu söyləmək üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, nəticə etibarilə neyrotexnoloji çip Galvin-in vəziyyətini daha da pis hala salıb.
        Qadın qeyd edib ki, o, gün ərzində 100 dəfə epilepsiya tutması keçirib və hər dəfəsində onun beynindəki çip işə düşüb. “Mənə elə gəlirdi ki, mənim başımda kimsə var və həmin kimsə mən deyiləm. Mən daha çox depressiyaya düşməyə başladım. Bu vəziyyət məni heç sevindirmirdi” - deyə Hannah Galvin qeyd edib. Nəticədə neyrotexnoloji çip qadının beynindən çıxarıldı. Digər tərəfdən  süni zəkanın neyrotexnologiyalarda istifadəsinin müsbət halları da mövcuddur. Bu cür texnologiyalar Parkinson xəstəliyi kimi müxtəlif neyrodegenerativ xəstəliklərin müalicəsində yardımçı ola bilərlər. Neyrotexnologiyaların daha çox məşhur olduqları yeni texnoloji dünyada bütün mümkün üstünlükləri və riskləri nəzərə almaq lazımdır. 
    Paylaş
    Bənzər xəbərlər