main-post-cover

    Tamamilə yeni dizayna sahib LG Velvet smartfonu təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    07.05.2020
    Farid Pardashunas
        Bir neçə müddət ərzində olmuş məlumat sızıntılarından sonra LG şirkəti sonunda özünün Velvet adlı yeni smartfon modelini təqdim etdi. Təqdim edilmiş LG Velvet modeli dizayn baxımından şirkətin əvvəlki smartfonlarından fərqlənir. Yeni smartfonun əsas özəllikləri sırasında yenilənmiş dizayn, stilus dəstəyi, diqqət çəkən RAM göstəricisi və 5G dəstəkli Qualcomm prosessoru var. Beləliklə LG Velvet smartfonu Full HD+ keyfiyyətli 6.8 düym OLED ekrana sahibdir. Bununla yanaşı smartfon ekranının kənarları əyilmiş formada reallaşdırlıb.
        Yeni smartfonun ekranının əsas özəlliyi ondan ibarətdir ki, o, Wacom şirkətinin stiluslarını dəstəkləyir. Əsas texniki özəlliklərə gəldikdə isə LG Velvet modeli Snapdragon 765 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 4300 mAh enerji tutumlu batareya, 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz ounub. Bütün bunlardan əlavə olaraq LG Velvet-in gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyini də özündə birləşdirir. Smartfon Cənubi Koreya bazarında 735$-da satılacaq. Onun digər regionlarda hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər