Tarixdə ilk dəfə əfsanələrdə adı keçən bir insanın skeleti tapılıb!
Elm & Texnologiya
29.10.2024
Farid Pardashunas
Arxeoloqlar 800 illik Skandinaviya əfsanəsində adı çəkilən bir adamın skeletini tapıblar.
"Ölü bir adamı götürdülər və quyuya atdılar, sonra quyunu daşlarla doldurdular."
1184-1202-ci illər arasında Norveçin kralı olan Sverre Sigurdsson-un dövründən qalma Sverris Əfsanəsi, yuxarıdakı sətirlərdə quyunun içərisinə atılıb, üstü daşlarla örtülən ölü bir şəxsdən bəhs edir. Arxeoloqlar "Quyunun Adamı" kimi tanınan bu şəxsin həqiqətən var olduğunu sübut edən dəlillər tapıblar. Skandinaviya, İslandiya və İrlandiyadan olan tədqiqatçılardan ibarət bir qrup, əfsanədə təsvir edilən quyudan çıxarılan skelet üzərində apardıqları araşdırmalar zamanı maraqlı nəticələrlə üzləşiblər. İlk dəfə 1938-ci ildə kəşf edilən skelet müasir metodlarla analiz edildikdə, əfsanənin heç olmasa qismən də olsa, doğru olduğu sübut olunub.
Norveçin Trondheim şəhərində yerləşən Sverresborq Qalasının qədim su quyusunda olan bu skeletin müasir genetik analizlə araşdırılması nəticəsində ilk dəfə bir əfsanə ilə real tarixi hadisələr elmi olaraq uyğunlaşdırılmış olub. Adamın 1197-ci ildəki katolik işğalı zamanı öldürüldüyü və böyük ehtimalla işğalçılar tərəfindən su mənbələrini zəhərləmək məqsədilə suya atıldığı düşünülür.
Genetik analizlər Quyunun Adamı-nın böyük ehtimalla açıq qəhvəyi və ya sarışın saçlı, mavi gözlü və Norveçin cənubunda yerləşən Vest-Agder bölgəsindən gəlmiş, 30-40 yaşlarında bir kişi olduğunu göstərib. Bu araşdırmada ölkənin ətraflı genetik xəritəsindən, müasir gen analiz texnologiyalarından və karbon testlərindən istifadə edilib. Tədqiqatı aparan Genetik Mütəxəssis Martin Ellegaard, tarixi mətnlərdə adı çəkilən və əfsanələrdə yer alan bir şəxsin ilk dəfə fiziki olaraq tapılmasının mühüm olduğunu bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA əməkdaşı dünyanın ən böyük sadə ədədini kəşf edib!
NVIDIA əməkdaşı dünyanın ən böyük sadə ədədini kəşf edib!
Əvvəllər NVIDIA-da çalışan Luke Durant, dünyanın ən böyük sadə ədədini kəşf edərək dünya miqyasında diqqət çəkib. O, minlərlə GPU-dan istifadə edərək 2^136,279,841 – 1 düsturuna və təxminən 41 milyon rəqəmə sahib sadə ədəd tapıb.
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Yüksək texnologiyalar sahəsində dünya miqyasında lider olan Thales, nüvə sintezi sahəsində böyük bir sıçrayış edib. Wendelstein 7-X stellatorunda gyrotron inqilabı reallaşdırılıb.
Alimlər tərəfindən aparılan araşdırmaya görə, milyonlarla infarktın səbəbi 1 qram duz ola bilər!
Alimlər tərəfindən aparılan araşdırmaya görə, milyonlarla infarktın səbəbi 1 qram duz ola bilər!
Çində aparılan bir araşdırmaya görə, infarkt və insultların səbəbi duz ola bilər. Bəs, gündəlik tövsiyə edilən düz miqdarı nə qədərdir və Azərbaycanda adambaşına düşən gündəlik duz istehlakı bu normanı aşırmı?
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin əşyalarla bağlı sözləri öyrənmə sürətinin körpələrdən daha yüksək olduğu müəyyən edilib. Bu maraqlı tədqiqatın detallarını təqdim edirik...
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!