Tədqiqatçılar dəri ilə şarj olan batareyasız cihazlar hazırlayıblar!
Elm & Texnologiya
18.10.2024
Farid Pardashunas
Hazırda sürətli şarj texnologiyalarının olmasına baxmayaraq, "şarj narahatlığı" hələ də geniş əhali tərəfindən hiss edilən bir problemdir. Tədqiqatçılar isə "Power-over-Skin" texnologiyası ilə buna bir həll yolu tapıblar.
Müasir insanın enerji tələbatı hər keçən gün artır. Bu isə dizayn sahəsində müxtəlif çətinliklər yaradır. Xüsusilə Apple-ın AirPods qulaqlıqları kimi kiçik cihazlar, ölçüləri kiçik olmasına baxmayaraq kompleks səs prosessorları və simsiz yayım imkanlarına malikdirlər. Lakin bu qədər kiçik cihazın içində ən böyük komponentin batareya olması, dizayn baxımından ciddi məhdudiyyətlər yaradır. Carnegie Mellon Universitetindən Andy Kong, Daehwa Kim və Chris Harrison bu problemi həll etmək üçün “Power-over-Skin” adını verdikləri texnologiyanı inkişaf etdiriblər. Bu texnologiya, insan bədəni üzərindən radio tezlik (RF) enerjisini istifadə edərək, bütün bədən boyunca yayılan geyilə bilən cihazlara enerji verir.
Power-over-Skin texnologiyası, tək bir geyilə bilən ötürücünün bir neçə kiçik batareyasız cihazı şarj etməsinə imkan verir. Bu cihazlar, bədənin müxtəlif yerlərinə, məsələn, üzük, sırğa və ya artırılmış reallıq (AR) eynəyi kimi yerləşdirilə bilər. Enerji bədən üzərindən ötürülür və nə kabel, nə də birbaşa təmas tələb etmir. İnsan bədəni burada mürəkkəb bir elektrik dövrəsi kimi işləyir və bədənin potensialından istifadə edərək enerji ötürür. Yeni texnologiya, bədəndə başdan ayağa qədər uzun məsafəli enerji ötürülməsini mümkün edir. Bundan əlavə, bu üsul, geyim üzərindən enerji ötürmə təcrübələrindən və tək bir ötürücünün bir neçə alıcıya güc təmin etmə imkanından da keçib. Məsələn, baş hissəsinə yerləşdirilən bir ötürücü, bədənin qalan hissəsindəki cihazlara enerji verə bilər.
Daha sadə dillə izah edilsə, otaqda əyləncə təşkil etdiyinizi təsəvvür edin, ancaq musiqini başqa bir otaqda səsləndirmək istəyirsiniz. Normalda dinamikləri daşımalı olardınız, lakin bu texnologiya ilə dinamikləri hərəkət etdirmədən, enerjini ötürücü vasitəsilə otağa yayaraq musiqini oxudursunuz. Yəni fiziki bir əlaqə və ya kabel olmadan, sadəcə otaqdakı havadan istifadə edərək musiqini yayırsınız. Tədqiqatçılar bu texnologiya ilə kiçik bir kalkulyatoru və böyük bir artırılmış reallıq cihazını işlətməyi bacarıblar. Texnologiyanı inkişaf etdirərkən mexaniki enerji toplama, simsiz enerji toplama və simsiz güc ötürmə kimi fərqli metodlar sınanıb. Lakin bu üsullar, enerji toplama zamanı nizamsızlıq və aşağı məhsuldarlıq kimi məhdudiyyətlər gətirib.
Əslində, Power-over-Skin texnologiyasından əvvəl dünyadakı bir çox tədqiqat qrupu "dəri üzərindən şarj" ilə əlaqədar başqa metodlar üzərində işləyirdi. Məsələn, Kaliforniya Texnologiya İnstitutu tərlə enerji toplayaraq işləyən bir bioyanacaq hüceyrəli elektron dərini inkişaf etdirmişdi. Lakin bu cihazlar, hələ də batareyalara bağlıdır. Harbin Texnologiya İnstitutu isə bədən istiliyini elektrik enerjisinə çevirən “elastik termoelektrik generator” (FTEG) adlı bir cihaz hazırlayıb. Bu cihaz, həqiqi mənada "dəri üzərindən şarj" təmin edir və xarici batareyaya ehtiyac duymur. Bununla belə, Power-over-Skin texnologiyasının geniş yayılması üçün hələ də bəzi çətinliklər mövcuddur. Uzun məsafəli enerji ötürülməsi və kompleks bədən mövqelərində, xüsusilə davamlı enerji tələb edən cihazlar üçün enerji gücü məhdud qalır.
Bundan əlavə, ətrafdakı elektromaqnit müdaxilələri və cihazların bir arada olduğu mühitlərdə ötürmə gücünün sabitliyi problem yarada bilər. Həmçinin, elektrodların daim dəri ilə təmasda olması dərinin qıcıqlanmasına səbəb ola bilər. Bu texnologiyanın inkişafını idarə edən tədqiqatçılar, ən böyük hədəflərinin alıcıların enerji tutumunu artırmaq və enerji ötürmə məhsuldarlığını yüksəltmək olduğunu deyirlər. Beləliklə, daha çox geyilə bilən cihazların bu texnologiya ilə işləyə bilməsi mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!
Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!
Gözlər nə qədər qəlbin aynası olsa da, bir çox xəstəliklərlə bağlı ipucları da verə bilir: Bununla yanaşı, Indiana Universitetində çalışan alimlər, tibb sahəsində inqilabi bir dövrə qədəm qoymağımıza səbəb ola biləcək bir cihaz hazırlayıblar.
Dəniz dibinin altında inkişaf etmiş canlıların olduğu həyat kəşf edilib! (VİDEO)
Dəniz dibinin altında inkişaf etmiş canlıların olduğu həyat kəşf edilib! (VİDEO)
Okean dibinin altındakı gizli mağaralarda, əvvəllər görünməmiş bir həyat kəşf edilib.
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibb dünyası texnologiyanın sərhədlərini aşan yeni bir inkişafın şahidi olub. İsveçrəli cərrahlar qrupu 9300 kilometr uzaqdan PlayStation Move və DualSense pultları ilə bir donuza endoskopik cərrahiyyə əməliyyat etməyi bacarıb.
Yeni kəşf sayəsində fizikanın qaydalarını dəyişəcək 5-ci qüvvə ortaya çıxa bilər!
Yeni kəşf sayəsində fizikanın qaydalarını dəyişəcək 5-ci qüvvə ortaya çıxa bilər!
OSIRIS-REx kosmik aparatının Bennu asteroidindən topladığı məlumatlar, hələ müəyyən edilməmiş ultra yüngül hissəciklər tərəfindən ötürülən potensial 5-ci təbiət qüvvəsinin mövcudluğuna işarə edir.
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Məhəllənin dostcanlı qəhrəmanı Hörümçək-adam artıq o qədər də xüsusi deyil. Çünki Tufts Universitetinin tədqiqatçıları Hörümçək-adamın biləyindən çıxan torları yaratmağı bacarıblar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!