Logo
    main-post-cover

    Tədqiqatçılar okeanın dibində qeyri-adi bir kərpic yol kəşf ediblər! (VİDEO)

    Elm & Texnologiya
    05.11.2024
    Farid

         2022-ci ildə Hawaii sahillərində okeanın dibində kərpicdən ibarət yol görüntülənib.

         2022-ci ildə E/V Nautilus tədqiqat səfəri zamanı alimlər və tədqiqatçılar gözlənilməz bir şeylə qarşılaşıblar: okean dibi boyunca uzanan nəhəng, sarı kərpicdən ibarət bir yol. Bu yol kimi görünən quruluş Hawaii Adalarının şimalında, Papahānaumokuākea Dəniz Milli Abidəsi (PMNM) daxilində yerləşən Liliʻuokalan silsiləsində tapılaraq böyük marağa səbəb olmuşdu. PMNM, dünyanın ən böyük dəniz qoruma zonalarından biridir və bu sahənin yalnız 3%-i araşdırılıb. Yolun yerləşdiyi hissə dəniz səthindən 3000 metr dərinlikdədir. Ocean Exploration Trust tərəfindən bölgədə aparılan araşdırmalarda həmin yol da görüntülənib.
         Tədqiqatçılar bu maraqlı quruluşu videoda "Atlantidaya gedən yol" və "Sarı kərpic yol" adlandırırlar. Həmçinin bu quruluşun dərinlikdə olmasına baxmayaraq "qurumuş kimi" göründüyü də qeyd olunub. Tədqiqatçıların bu quruluşun necə meydana gəldiyinə dair bəzi fikirləri də var. Onların fikrincə, bu quruluşun vulkanik süxurların çoxsaylı partlayışlara məruz qalması və buna görə də daim qızdırılıb-soyuması nəticəsində meydana gəldiyi təxmin edilir. Kərpic görünüşü isə çatların 90 dərəcə bucaqla yaranması ilə izah edilir. Bu kəşf ilə planetimizin sirli geoloji keçmişi haqqında daha çox məlumat əldə edilməsi gözlənilir. Kərpic yol bu baxımdan vacib məlumatlar təqdim edə bilər.
    Paylaş