Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
Elm & Texnologiya
12.08.2024
Farid Pardashunas
Almaniyanın Göttingen Universiteti və İngiltərənin Oksford Universitetinin tədqiqat qrupu, Göttingen Universitetinin Tibb Mərkəzi ilə əməkdaşlıq edərək 5 nanometr ayırdetmə qabiliyyətinə malik mikroskop hazırlamağa müvəffəq olub.
5 nanometr ayırdetmə qabiliyyətinə malik yeni yaradılmış mikroskop, insan saçının qalınlığının on mində biri qədər kiçik detalları təsvir edə bilən həssaslığa malikdir. Yəni hüceyrədəki ən kiçik strukturların belə son dərəcə aydın təfərrüatlarını ortaya qoyur. Ənənəvi mikroskoplarla müqayisədə bu yeni mikroskop, texnologiya dünyasında böyük bir sıçrayış yaradıb. Əvvəlki standart mikroskopların ayırdetmə qabiliyyəti cəmi 200 nanometr idisə, bu mikroskopla hətta hüceyrə daxilindəki mikrotubullar və neyronlar arasındakı əlaqələr kimi 10 ilə 50 nanometr arasında olan strukturlar da təsvir edilə bilər.
5 nanometr ayırdetmə qabiliyyətinə malik mikroskop, tək molekullu lokalizasiya mikroskopiyası kimi tanınan bir texnikadan istifadə edi. Bu texnika, tək bir flüoresan molekulun yerini təyin etməklə bütün nümunənin strukturunu yenidən qurur. Beləliklə, hüceyrələri və digər bioloji strukturları əvvəllər ağlasığmaz bir detal səviyyəsində araşdırmaq mümkün olur. Göttingen Universitetinin Fizika Departamentindən professor Jörg Enderlein-in rəhbərlik etdiyi tədqiqat qrupu, bu texnologiyanı inkişaf etdirmək üçün yüksək həssaslığa malik detektorlardan və xüsusi məlumat analizi üsullarından istifadə edib. Bu yolla, mikroskopun ayırdetmə qabiliyyəti 5 nanometrdən aşağı endirilərək, əvvəllər mümkün olmayan detallar səviyyəsində görüntü əldə etməyə imkan verib.
Bu mikroskop texnologiyası hüceyrə biologiyası, nevrologiya, genetika və digər həyat elmləri sahələrində tamamilə inqilab edə bilər. Bu yeni vasitə sayəsində elm adamları, hüceyrələrin içərisində nə baş verdiyini daha aydın görə biləcək və beləliklə, xəstəliklərin necə inkişaf etdiyini daha yaxşı anlaya biləcəklər. Məsələn, xərçəng hüceyrələrində mutasiyaların necə baş verdiyi və ya sinir hüceyrələri arasındakı əlaqələrin necə işləməsi kimi kritik suallara cavab tapmaq indi daha asan ola bilər. Bu yeni mikroskop, təkcə yüksək ayırdetmə qabiliyyətinə malik deyil, həm də aşağı qiymətə və istifadəçi dostu dizayna sahibdir. Yəni gələcəkdə bu mikroskopları hətta məktəblərimizin inventarına da əlavə edə bilərik. Tədqiqat qrupu, həmçinin bu texnologiyanın daha da yayılmasını təşviq etmək üçün açıq mənbəli məlumat emal proqramı hazırlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.
Parazit genləri sındırıldı: Dərmanların beyinə çatdırılmasında yeni dövr başlayır!
Parazit genləri sındırıldı: Dərmanların beyinə çatdırılmasında yeni dövr başlayır!
Tədqiqatçılar, pişik qumunda tapılan paraziti sındırmaqla Rett sindromunun yeni həll yolunu tapmış ola bilərlər. Dərmanların beyinə çatdırılmasında yeni bir dövrün başlanğıcını qoya biləcək tədqiqatın təfərrüatları bunlardır:
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içdiyimiz sudan mikroplastikləri çıxarmaq üçün effektiv və sadə üsul kəşf ediblər.
Kvant texnologiyası, süni intellekt kimi, inqilabi inkişaf yaşaya bilər!
Kvant texnologiyası, süni intellekt kimi, inqilabi inkişaf yaşaya bilər!
Süni intellektdə oxşar sürətli inkişaf kvant texnologiyalarında da yaşana bilər. Bu sahədə əhəmiyyətli şirkətlərdən biri olan Riverlane, kvant xəta problemlərini aradan qaldırmağı hədəfləyir.
Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
Küləklə işləyən yeni bir mühərrik növü, tezliklə yük gəmilərini enerji ilə təmin edə və onların dizeldən asılılığını azalda bilər. CoFlow Jet-in bu innovativ həlli, yanacaq sərfiyyatına 90% qənaət edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!