Tək bir əsas fermentin bloklanması Altsheymer xəstəliyinin təsirlərini geri qaytara bilər!
Elm & Texnologiya
28.11.2024
Farid Pardashunas
Tək bir fermentin bloklanması, Altsheymer xəstəliyinin təsirlərini geri qaytarmaqda böyük üstünlük təmin edə bilər.
Altsheymer xəstələrində beyində zərərli tau zülalı toplanır. Bu zülalı araşdıran alimlər onun yığılmasına səbəb ola biləcək bir ferment aşkar ediblər. Normal şərtlərdə tau zülalı sağlam beyində sinir hüceyrələrini dəstəkləyir və onların düzgün işləməsinə kömək edir. Amma Altsheymer xəstələrində bu zülal, anormal davranaraq alimlərin “düyün” adlandırdığı strukturlar yaradır. Bu düyünlər isə sinir hüceyrələri arasındakı əlaqələrə zərər vuraraq yaddaş və düşüncə qabiliyyətinə mənfi təsir göstərir.
ABŞ-da aparılan bir tədqiqat zamanı TYK2 adlı fermentin tau zülalını zərərli hala gətirdiyi ortaya çıxıb. Bu ferment, tau zülalına xüsusi bir etiket əlavə edərək beyinin zərərli tau zülalını təmizləməsini çətinləşdirir. Tədqiqatçılar bu fermenti blokladıqları zaman siçanların beyinlərində tau yığılmasının azaldığını və sinir hüceyrələrində bərpa əlamətlərinin müşahidə edildiyini bildiriblər. Bu kəşf, Altsheymer müalicəsi ilə bağlı yeni ümidlər verir. Çünki TYK2 fermentini bloklayan bəzi dərmanlar başqa xəstəliklərin müalicəsi üçün insanlar üzərində sınaqdan keçirilib. Hazırda bu dərmanların beyinə təsir edib-etməyəcəyi və mümkün yan təsirləri öyrənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir universitet tələbəsi oksigen istehsalını təqlid edə bilən ipək yarpaq hazırlayıb!
Bir universitet tələbəsi oksigen istehsalını təqlid edə bilən ipək yarpaq hazırlayıb!
Alimlər qlobal karbon emissiyalarının və urbanizasiyanın sürətlə artdığı bu dövrdə, şəhər mühitini qorumaq və dayanıqlı həllər yaratmaq üçün daim çalışırlar. Bu səylərin nəticəsi olaraq bir universitet tələbəsi oksigen istehsalını təqlid edən bir material yaratmağı bacarıb.
Aparılan bir araşdırmaya görə, təzyiq dərmanının heyvanların ömrünü uzada biləcəyi müəyyən edilib!
Aparılan bir araşdırmaya görə, təzyiq dərmanının heyvanların ömrünü uzada biləcəyi müəyyən edilib!
Yeni bir araşdırma, təzyiq dərmanı rilmenidinin heyvanlarda ömrü uzada biləcəyini və sağlamlıq göstəricilərini yaxşılaşdıra biləcəyini ortaya çıxarıb.
Alimlər nadir və ölümcül dəri xəstəliyini ilk dəfə müalicə edə biliblər!
Alimlər nadir və ölümcül dəri xəstəliyini ilk dəfə müalicə edə biliblər!
Alimlər ölümcül immun xəstəlik olan layella sindromu (Toxic Epidermal Necrolysis - TEN) üçün ümidverici bir müalicə üsulu tapa biliblər.
Alimlərin fikrincə ağcaqanadlardan peyvənd daşıyan vasitə kimi istifadə oluna bilər!
Alimlərin fikrincə ağcaqanadlardan peyvənd daşıyan vasitə kimi istifadə oluna bilər!
Alimlər ağcaqanadlardan peyvənd çatdırılma vasitəsi kimi istifadə etməyi bacarıblar. Genetik olaraq dəyişdirilmiş parazitlərlə aparılan tədqiqatda 90%-ə qədər uğur əldə edilib.
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
James Webb Kosmik Teleskopu kainatın ilkin dövrlərindəki təəccüblü “Qırmızı Canavarlar”ı ortaya çıxarıb. Bu kəşf, kainat modellərini kökündən dəyişir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!