Reklam
Telefon üçün ən yaxşı foto redaktə tətbiqləri - TOP 5

Telefon üçün ən yaxşı foto redaktə tətbiqləri - TOP 5

Texnologiya
06.04.2022 PAYLAŞIM

    Artan meqapiksel dəyərləri, təkmilləşən kamera göstəriciləri ilə demək olar ki, artıq əlimizdə olan samrtfonlar mini professional kamerayaç evrilib. Yaxşı şəkil üçün birinci lazım olan yaxşı kameradırsa, ikinci lazım olan şey çəkilən şəkili yaxşı redaktə edə bilmək qabiliyətidir. Tech-Help-in bu buraxılışında sizə mobil cihazlarınızda yaxşı şəkil redaktə təcrübəsi yaşadacaq top 5 tətbiqin adın bölüşürük.

    Nömrə 1: Lightroom - Məşhur Photoshop-un ana şirkəti Adobe tərəfindən təqdim olunan Lightroom, şəkillərə effekt vermək üçün ən yaxşı əlavələrdən biridir və təsadüfi deyil ki, təkcə Play Store-da 100 milyondan çox yüklənmə rəqəminə sahibdir. Əlavə olaraq Lightroom App Store-da da pulsuz formada təqdim olunur.


    Nömrə 2: PicsArt - bu tətbiqin ikinci yerdə adını hallandırmağımız təsadüfi deyil. Əslində PicsArt dünyaca məşhur və funksional foto redaktə tətbiqi olsa da, biz özümüzə borc bilirik ki, bu tətbiqin Erməni istehsalı olduğunu vurğulayaq. Təəssüf ki, Azərbaycanda bu tətbiqin ermənilər tərəfindən ərsəyə gətirildiyini bilmədən istifadə edənlər çoxdur. Bu da bir növ məlumatlarımızın düşmən tərəfə ötürülməsi deməkdir. Qeyd etmək yerinə düşərdi ki, tətbiqin Yerevan ofisi, müharibə zamanı qondarma odruya maddi dəstək göstərmişdi. Odur ki, tətbiqi istifadə edən dostlarınıza mütləq bu barədə xəbərdarlıq edin.

    Nömrə 3: Snapseed - Google tərəfindən təqdim olunan bu əlavə həm Android həm iOS cihazlar üçün mövcuddur. Tətbiqin əsas işi fotolar üzərində professional rəng, işıq, balans kimi elementləri sazlamaqdır. Qeyd edək ki, Snmapseed ilə RAW fotrmatda çəkilən şəkillərə yaxşı düəzlişlər etmək olur.

    Nömrə 4: Prisma - şəkillərinizi bir incəsənət əsərinə çevirmək və ona yaxşı effektlər tətbiq etmək üçün hazırlanan ideal tətbiqlərdən biri də məhz Prisma-dır. Bu tətbiq eynilə digərləri kimi həm Play Store həm də App Store-da əl çatandır.

    Nömrə 5: Bazaart - qrafik dizayn təscrübəsini mobil cihazında yaşamağı sevənlər üçün hazırlanan bu tətbiqdə bir çox elementlərdən istifadə edərək unikal şəkil və dizaynlar hazırlaya və şəkillərin arxa fonunu silə bilərsiniz. Tətbiq eyni zamanda kolajların hazırlanması üçün də yararlıdır.

    Nömrə 6:  Haqqında ikinci danışdığımız Picsart məsləhətli tətbiq olmadığı üçün bu siyamızda son yeri Meitu tətbiqinə verə bilərik. 50 milyondan çox təkcə Play Store reytinqinə sahib olan Çinin məşhur foto redaktə tətbiqlərindən biridir. Buradan make-up-dan tutmuş, arxa fon silməyə, şəkli təmizləməyə və effektlər verməyə qədər bir çox imkanlar var. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×