Termonüvə rekordu: 50 milyon dərəcə Selsi temperaturlu plazmanı rekord müddət ərzində saxlamaq mümkün olub
Elm & Texnologiya
08.05.2024
Farid Pardashunas
Fransanın WEST adlı tokamakı (termonüvü sintezi prosesində plazmanın maqnit vasitəsilə saxlanması üçün qurğu) yeni rekorda imza atıb. Belə ki, o, 50 milyon dərəcə Selsi temperatura sahib plazmanı 6 dəqiqə ərzində saxlaya bilib. Buna reaktorun volfram ilə əhatə olunmuş daxili üzlüyü hesabına nail olmaq mümkün olub. Qeyd etmək lazımdır ki, volfram ən yüksək ərimə temperaturuna sahib metaldır. Onun ərimə temperaturu 3420 dərəcə Selsi təşkil edir. Daha öncə tokamakların daxili hissələrində karbonla əhatə edilmiş reaktor üzlüyündən istifadə edilib. Bu isə öz növbəsində plazmanın saxlanma müddəti ilə temperaturunu məhdudlaşdırırdı.
Volfram isə termonüvə sintezi reaksiyasının dəstəyi üçün plazmanın yüksək sıxlıq ilə temperatura yüksəlməsini təmin edir. Məlumata əsasən son təcrübə çərçivəsində WEST tokamakı 1.15 hJ (hekto Coul) enerji ifraz edib. İndiyənə kimi heç bir tokamak bu cür isti plazmanı bu qədər uzun müddət ərzində saxlaya bilməyib. Plazmanın temperaturu ilə saxlanma müddəti isə termonüvə sintezindən praktiki istifadədə ən vacib faktorlardır. Plazmanın temperaturu və saxlanma müddəti nə qədər yüksək olsa, özü-özünü dəstəkləyən termonüvə reaksiyasını işə salmaq şansı bir o qədər yüksək olacaq. WEST tokamakı halında əldə edilmiş bu nailiyyət kommersiya nöqteyi-nəzərdən əlverişli termonüvə reaktorunun hazırlanması mövzusunda vacib hadisədir.
Uran nüvələrinin bölünməsindən istifadə edən ənənəvi atom elektrostansiyalarından fərqli olaraq termonüvə reaktorunda yüngül atom nüvələrinin birləşməsi prosesi gedir. Bu isə böyük həcmdə enerjinin ayrılmasına səbəb olur. Bu, potensial olaraq radioaktiv tullantılar olmadan demək olar sonsuz enerji mənbəyinin əldə edilməsinə yol açır. Lakin termonüvə energetikasının kommersiya səviyyəsinə çatması üçün vacib problemləri həll etmək lazımdır. Mütəxəssislər plazmanın stabil saxlanmasına, onun temperaturunun 10 və 100 milyonlarla dərəcə Selsiyə kimi çatdırılmasına və nəticədə ayrılan enerjinin effektiv ötürülməsinə nail olmalıdırlar. Bu səbəbdən də bu sahədə əldə edilən hər bir nailiyyət böyük məna kəsb edir.
Linki kopyala
thermo nuclear fusion reaction
tokamak
tokamak reactor
tokamak reactor france
termonuve sintez reaksiyasi
science
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb.
Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
Mikrobioloqlar geniş şəkildə yayılmış bəzi plastik növlərini həzm edə bilən bir neçə bakteriya ştamını müəyyən ediblər.
Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib
Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib
Mağazalarda satılan çiy ət məhsulları və o cümlədən heyvanlar üçün nəzərdə tutulmuş bəzi yemlər özlərində ciddi təhlükəni birləşdirə bilərlər.
Erkən kainatda bir-biri ilə birləşmiş ilk cüt qalaktika kəşf edilib
Erkən kainatda bir-biri ilə birləşmiş ilk cüt qalaktika kəşf edilib
27 alimdən ibarət beynəlxalq qrup erkən kainatda bir-biri ilə birləşmiş ilk cüt qalaktikanı kəşf ediblər.
Elmə məlum ən kiçik ulduz kəşf edilib
Elmə məlum ən kiçik ulduz kəşf edilib
Alimlər elmə məlum olan ən kiçik ulduzu kəşf ediblər. Kəşf edilmiş ulduz Yer kürəsindən sadəcə 7 dəfə böyükdür.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!