
Tərtibatçılardan biri Youtube serverlərini pulsuz bulud yaddaş sistemi kimi istifadə etməyi bacarıb
Elm & Texnologiya
22.02.2023
Emil
Youtube ilk növbədə müxtəlif növ videoların izlənməsi üçün nəzərdə tutulmuş platforma kimi tanınır. Lakin DvorakDwarf ləqəbli tərtibatçı bu videoservisin serverlərini faylların saxlanması üçün nəzərdə tutulmuş platformaya çevirib. Belə ki, tərtibatçı Youtube-un serverlərini bir növ bulud yaddaş sisteminə çevirə bilib. Bununla yanaşı o bunun necə edildiyi barəsində məlumatları da paylaşıb. Tərtibatçı tərəfindən hazırlanmış xüsusi tətbiq faylları video daxilinə yerləşdirməyə və daha sonra onları Youtube-a yükləməyə imkan verir.
Videoservisin yüklənən videoların sayına heç bir məhdudiyyət təyin etmədiyini nəzərə alsaq, bu cür üsul videoservisi pulsuz bulud yaddaş sistemi kimi istifadə etməyə şərait yaradır. Bununla belə tərtbatçı bildirb ki, bu üsuldan çox istifadə edildiyi halda Youtube administrasiyası məlum səbəblərdən ciddi tədbirlər görə bilər. Hazırlanmış xüsusi tətbiqin binar faylları və faylların videolara konvertasiya edilməsi üsulu barəsində məlumatları tərtibatçı GitHub platformasında təqdim edib. Tərtibatçı həmçinin qeyd edib ki, onun tətbiqi hal hazırda yalnız Linux-da çalışır. Tətbiqə tələbatın çox olacağı halda Windows üçün exe. faylı istifadəyə verilə bilər.
Paylaş
Bənzər xəbərlər