
Tesla ABŞ-da 350 000-dən çox elektromobilini geri çağırmalı olub
Elm & Texnologiya
17.02.2023
Emil
Tesla şirkəti özünün Full Self-Driving (FSD) adlı avtopilot sistemi ilə növbəti problemi yaşayır. Qeyd etmək lazımdır ki, sözügedən avtopilot sistemi Tesla-nın Şimali Amerikadakı 400 000 ədəd elektromobilində artıq aktivdir. Lakin şirkət FSD yenilənməsi üçün yüz minlərlə elektromobilini geri çağırmaq məcburiyyətində qalıb. Belə ki, ABŞ-ın Yol Hərəkətinin Milli Təhlükəsizlik İdarəsi (NHTSA) Tesla-dan 362 758 ədəd elektromobildə FSD sisteminin yenilənməsini tələb edib. Səbəb isə FSD sisteminin yol kəsişmələrində özünü təhlükəli aparmasındadır. FSD sistemi hal hazırda Tesla elektromobillərinə idarə olunan və olunmayan yol kəsişmələrində sürücünün minimal iştirakı ilə hərəkət etmək imkanını verir.
NHTSA-nın fikrincə isə Tesla elektromobilləri kəsişmə yollarda avtomobil qəzalarına səbəb ola bilərlər. NHTSA-nın Tesla elektromobilləri barəsində narahatlıq keçirtmək üçün 4 əsas səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, FSD sisteminə sahib nəqliyyat vasitəsi yalnız yan istiqamətdə hərəkətə icazə verilən kəsişmə yollarda düz istiqamətdə hərəkət edə bilər. İkincisi, elektromobillər stop xətlərini inkar edə bilərlər. Üçüncüsü, elektromobillər sürət limitini keçə bilərlər. Dördüncüsü, isə elektromobillər bəzi hallarda işıqforda sarı işığın yandığı zaman ehtiyat tədbirlərini inkar edirlər. Tesla şirkəti öz növbəsində bildirib ki, onlar yuxarıda qeyd edilmiş səbəblərdən baş verməsi mümkün olmuş avtomobil qəzaları barəsində heç bir məlumata sahib deyillər. Məlumatda qeyd edilib ki, FSD ilə bağlı olan problem Tesla Model 3, Model S, Model X və Model Y elektromobillərini əhatə edib.
Paylaş
Bənzər xəbərlər