Logo
    main-post-cover

    Tesla artıq bu il 5-ci səviyyəli avtopilot sistemini işə sala bilər

        Tesla öz elektromobillərində 5-ci səviyyəli avtopilot sistemini bu il ərzində istifadəyə verməyə cəhd göstərəcək. Bu barədə məlumatı Elon Musk verib. “Tesla şirkətinin hal hazırda hansı səviyyədə yerləşdiyi nöqteyi nəzərdən mən hesab edirəm ki, Tesla sürücünün nəzarəti olmadan elektromobilin tam avtonom şəkildə hərəkət etməsi imkanını istifadəyə verməyə çox yaxındır” deyə Musk qeyd edib. “Bu sadəcə bir ehtimaldır. Lakin mən düşünürəm ki, biz 4-cü və ya 5-ci səviyyəli avtopilot sistemi nailiyyətini artıq bu il əldə edə bilərik” - deyə Musk əlavə edib.
        Hal hazırda Tesla elektromobillərində olan avtopilot sistemi sadəcə 2-ci səviyyəlidir. Üçüncü səviyyəli avtopilot sistemi çərçivəsində sürücü əllərini sükandan ayıraraq kənar işləri ilə məşğul ola bilər. Lakin bununla belə sürücü istənilən an idarəetməni öz üzərinə götürməyə hazır olmalıdır. Dördüncü səviyyəli avtopilot sistemi tam avtopilot sistemi hesab edilir. Bu səviyyədə avtopilot sistemindən istifadə çərçivəsində avtomobil yolu üzərində ənənəvi yol xətləri olmalıdır. Elektromobil məhz həmin yol xətləri hesabına avtonom şəkildə müvafiq səyahət hərəkətlərini yerinə yetirir. Beşinci səviyyəli avtopilot sistemi çərçivəsində isə hətta yol xətlərinə belə ehtiyac qalmır.
    Paylaş
    Bənzər xəbərlər