main-post-cover

    Tesla Cybertruck-ın interyerinin fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    27.11.2023
    Emil Nəcəfov
         Artıq bu həftə Tesla Cybertruck elektromobili ilk alıcılara çatıdırılmalıdır. Lakin sözügedən elektromobil barəsində hələ də çoxlu sayda təqdim edilməmiş məlumat var. Məsələn şirkət indiyənə kimi Cybertruck-ın interyerini bir dəfə də olsun rəsmi şəkildə sərgiləməyib. Lakin internetdə elektromobilin interyerini əks etdirən fotolar ortaya çıxıb. Fotolar elektromobilin təkcə interyerini deyil, həmçinin sisteminin sıfırdan emal edilmiş interfeysini də sərgiləyirlər.
         Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, elektromobil interyer baxımından dairəvi formada olmayan sükanı və böyük ölçülü sensorlu ekranı əldə edəcək. Fotolardan birində isə ekrandakı tamamilə yeni istifadəçi interfeysi əks olunub. O, Tesla-nın digər elektromobillərindəki istifadəçi interfeysindən tamamilə fərqlənir. İnterfeysdən görmək olar ki, maraqlı ayarlardan biri də elektromobilin hərəkət etdiyi yoldan asılı olaraq onun asqısının ayarlanması mümkünlüyü olacaq. Cybertruck özündə həmçinin şəffaf tavanı və kiçik ölçülü ön baqaj hissəni birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Birinci nəsil Tesla Roadster-in texniki dokumentasiyası açıq mənbə şəklində paylaşılıb
    birinci-nesil-tesla-roadster-in-texniki-dokumentasiyasi-aciq-menbe-seklinde-paylasilib