main-post-cover

    Tesla Cybertruck-ın satış versiyası bir qədər kiçik olacaq və hətta suda üzə də biləcək

    Elm & Texnologiya
    21.04.2020
    Emil Nəcəfov
        Tesla şirkətinin CEO-su Elon Musk, Cybertruck pikapının satış versiyasının keçən ilin noyabr ayında təqdim edilmiş prototip versiya ilə müqayisədə əldə edəcəyi yeniliklərdən danışıb. Beləliklə Elon Musk qeyd edib ki, Tesla Cybertruck öz aerodinamik özəlliklərini qoruyub saxlayacaq. Lakin keçən il təqdim edilmiş prototipdən fərqli olaraq satış modeli bir qədər kiçik olacaq. Beləliklə o, rahat şəkildə qaraja daxil ola biləcək. Bununla yanaşı Musk qeyd edib ki, elektromobilin satış versiyası həmçinin suda üzə də biləcək.
        Bu barədə Hightech.plus saytı xəbər verib. Keçən il Tesla Cybertruck təqdim olunan zaman onun dizaynı bəzi insanların xoşlarına gəlmişdi, bəzilərinin isə yox. Buna baxmayaraq Tesla şirkəti öz ilk pikap modeli üçün yarım milyondan çox ön sifariş əldə etdi. Bir sıra mütəxəssislər Tesal Cybertruck-ın dizaynı barəsində fikir bildirməyə tələsmirdilər. Belə ki, onlar güman edirdilər ki,elektromobilin dizaynında dəyişikliklər ola bilər. Bir neçə gün bundan əvvəl həmin ehtimallar doğruldu. Belə ki, Musk öz Twitter hesabında Tesla Cybertruck-ın satış versiyasının əldə edəcəyi 3 dəyişikliyi elan edib.
        Həmin dəyişikliklər bunlardır: Elektromobilin öçüsü 3% kiçik olacaq, mərkəzi xətt daha üfüqi olacaq və pəncərələrin aşağı hissələrinin hündürlükləri daha aşağı olacaq. Hələ təqdimatdan bir neçə müddət sonra Musk söz vermişdi ki, Cybertruck-ın ölçüsü bir qədər kiçik olacaq. Belə ki, məlum oldu ki, onun prototipi o qədər böyükdür ki, o, qaraja sığmır. Elektromobilin sahib olacağı daha bir özəllik barəsində isə istifadəçilər dünən öyrəniblər. İstifadəçilərdən biri Musk-dan Cybertruck vasitəsilə çayı keçib-keçməmək barəsində soruşub. Musk isə öz növbəsində qeyd edib ki, Tesla Cybertruck rahatlıqla çayı keçə bilər və hətta bir qədər üzə də bilər. 
    Linki kopyala