Logo
    main-post-cover

    Tesla elektromobillərində qətt edilməsi lazım olan yol göstəricisi süni şəkildə yüksəldilir

        Reuters saytının oxucularından biri aşkar edib ki, onun Tesla Model 3 elektromobili bir dəfə şarj olunandan sonra bəzən qətt edilən yol göstəricisinin proqnozlaşdırılmasında səhvlər edir. Reuters saytı öz növbəsində bu məsələ ilə bağlı araşdırma apararaq təyin edib ki, bu, elektromobilin sistemində hər hansısa sistem xətası deyil, alıcıların dezinformasiyaları üçün nəzərdə tutulmuş planlı bir kampaniyadır. Bir dəfə şarj olunandan sonra qətt edilən yol göstəricisi elektromobillərdə vacib göstəricilərdən biridir. Təqribi olaraq 10 il bundan öncə Tesla şirkəti Elon Musk-ın təşəbbüsü ilə öz elektromobillərində bu göstəricini süni şəkildə qaldırmaq qərarına gəldi.
        Bu istiqamətdə şirkət qətt edilən yolun proqnozlaşdırılması üçün xüsusi alqoritmi yaratdı. Tesla elektromobillərində enerji səviyyəsi 100% olan zaman onların sistemlərində qətt edilə biləcək yol üzrə inanılmaz göstərici əks olunur. Lakin elektromobillərin enerji səviyyələri 50% olan zaman sistem bu istiqamətdə daha real görünən göstəricini təqdim edir. Recurrent adlı analitik şirkət Tesla-nın 8000-dən çox elektromobilini analiz edəndən sonra belə qəanətə gəlib ki, şirkətin 4 elektromobil modelində qətt edilən yolun ölçülməsi sistemi qətt edilən yol göstəricisini aşağı salan bir çox faktoru inkar edir.
        Məsələn Tesla elektromobillərindəki sistem hava temperaturu, ətraf ərazinin relyefi, elektromobilə əks istiqamətdə hərəkət edən külək və elektromobilin iqlim sistemi kimi faktorları nəzərə almır. Bütün bu faktorlar isə elektromobilin bir dəfə şarj olunandan sonra nə qədər müddət ərzində çalışacağı göstəricisinə təsir göstərirlər. Sürücülər də bunu müşahidə ediblər. Belə ki, onların Tesla elektromobillərində qətt edilən yolun səhv proqnozlaşdırılması mövzusunda texniki dəstək xidmətinə olmuş sorğularının sayı sürətlə artıb.
        Şirkət isə öz növbəsində bu problemi aradan qaldıra bilməyib. Belə ki, şirkət öz elektromobillərində qətt edilməsi planlaşdırılan yol göstəricisini süni şəkildə qaldırıb. Qeyd etmək lazımdır ki, bu problem hələ ki, Cənubi Koreyada müşahidə edilib. Tesla isə Cənubi Koreyada artıq 2.1 milyon dollar dəyərində cərimələnib. Belə ki, şirkət öz elektromobillərinin reklam kampaniyaları çərçivəsində soyuq havanın onların enerji sərfiyyatlarına təsiri barəsində məlumat verməyib.
    Paylaş
    Bənzər xəbərlər