
ABŞ-ın Lucid Motors adlı elektrikli avtomobil istehsalçısı Səudiyyə Ərəbistanın suveren fondundan 1 milyard dollar dəyərində investisiya razılığına gəlib. Əldə olunmuş investisiya Arizona ştatında şirkət zavodunun tikilməsinə və şirkətin ilk elektrikli avtomobil modeli olan Lucid Air-in irimiqyaslı istehsalına xərclənəcək. Beləliklə Lucid Air 2020-ci ildə satışa çıxa biləcək. Bu, 2007-ci ildə təsis edilmiş və hələ də özünün elektromobil modelini satışa çıxartmamış bir layihə üçün çox böyük investisiya göstəricisidir.
Qeyd etmək
lazımdır ki, Lucid Air elektromobilinin qiyməti 60.000$ təşkil edəcək. Bu isə
Tesla Model S-in standart qiymətindən 15.000$ daha ucuzdur. Bu müqavilə barəsində
şayiələr hələ Avqust ayının ortasında yayılmışdı. Həmin vaxtda şirkətin rəqibi
olan Tesla-nın səhm qiymətləri 6% aşağı düşmüşdü. Bundan əlavə olaraq Səudiyyə Ərəbistanın
suveren fondu həmçinin Tesla şirkətinin səhmlərinin 5%-nə sahibdir. Fond həmin
hissəni 2 milyard dollara almışdı. Əldə olunmuş investisiyadan sonra Musk
bildirmişdi ki, sözügedən fond şirkətin bütün səhmlərini almaqla Tesla-nı
birjadan çıxarda bilər. Lakin investorlar tərəfindən olmuş mənfi fikirlər nəticəsində
Musk bu fikirdən imtina etmişdi.
Şərh yoxdur