Logo
    main-post-cover

    Tesla öz ucuz elektromobilini Hindistanda istehsal etməyi planlaşdırır

        Tesla şirkəti öz yeni zavodunun Hindistanda inşa edilməsində maraqlıdır. Reuters saytının verdiyi məlumata əsasən şirkət Hindistandakı zavodunda yerli bazar və eksport üçün ucuz elektromobilləri istehsal edə bilər. Məlumatda qeyd edilib ki, Tesla təmsilçiləri yaxın zamanda Hindistanın ticarət naziri ilə görüşməlidirlər.
        24 000$ satış qiymətinə sahib olacaq ucuz Tesla elektromobilinin istehsalı üçün nəzərdə tutulmuş zavodun inşası məhz bu görüş zamanı müzakirə edilməlidir. Hələ bir neçə müddət bundan öncə Elon Musk Hindistanın baş naziri ilə görüşən zaman bildirmişdi ki, o, Hindistana külli miqdarda investisiyalar yatırmaq niyyətindədir. Məlumata əsasən 24 000$ satış qiymətinə sahib Tesla elektromobili Model 3-dən 25% daha ucuz satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Model 3 Çində 32 200$-dan bir qədər baha qiymətə satılır.
    Paylaş
    Bənzər xəbərlər