Tesla şirkəti birjadan gedir? Musk şirkəti özəl etməyi planlaşdırır
Elm & Texnologiya
08.08.2018
Farid Pardashunas
Tesla şirkətinin səhmləri Elon Musk-ın Twitter-dəki yeni
postu fonunda 7% yüksəlib. Belə ki, Musk öz Twitter səhifəsində bildirib ki, o,
Tesla şirkətini birjadan çıxartmağı və onu özəl etməyi planlaşdırır. Hal
hazırda şirkətin bir səhmi 375$ qiymətində satılır. 7 Avqust tarxinin səhəri hərracların
startı zamanı şirkətin bir səhminin qiyməti 341.99$ təşkil edirdi. Financial
Times saytının Səudiyyə Ərəbistanın 1.7-2.9 milyard dollarlıq investisiyası xəbəri fonunda isə şirkətin səhmləri 358$-a kimi qalxdı.
Daha sonra Elon Musk öz Twitter
səhifəsində şirkəti özəl etmək və səhmin birini 420$-dan almaq planlarının olduğunu
qeyd etdi. Şirkəti birjadan bu cür səhm qiymətinə almaq üçün Musk-a 82 milyard
dollar vəsait lazımdır. Növbəti postlarında Musk investorlarla əməkdaşlığın
davam edəcəyinə ümid etdiyini qeyd edib. Belə ki, investorlar şirkətə xüsusi fond
vasitəsilə yenə də investisiya yatıra bilərlər. Bu cür fond SpaceX şirkətinin
daxilində artıq fəaliyyət göstərir.
Musk-ın Twitter-dəki aktivliyinə baxmayaraq
Tesla şirkəti hələki heç bir rəsmi məlumat verməyib. Bir çox istifadəçilər isə
Musk-ın zarafat etdiyini düşünüblər. Musk-ın Twitter-dəki paylaşımlarından bir
neçə müddət sonra Tesla şirkətinin saytında Musk tərəfindən göndərilmiş məktub əks
olunub. Həmin məktubda qeyd olunub ki, şirkətin birjadan getməsi qərarı hələ
tam olaraq dəqiqləşdirilməyib. Lakin o bu cür variantı nəzərdən keçirdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)