main-post-cover

    Tesla şirkəti reaktiv mühərrikli elektromobilin testinə hazırlaşır

    Elm & Texnologiya
    22.07.2019
    Farid Pardashunas
        İdman elektromobili olan Tesla Roadster-in satış tarixinin məlum olmasından 1 ay sonra Elon Musk öz Twitter hesabında yeni iddialı elektromobil modelinin testi barəsində məlumat verdi. Belə ki, yeni elektromobilin yüksək sürətini SpaceX şirkətinin istehsalı olan reaktiv mühərriklər təmin edəcəklər. Bu barədə Electrek saytına istinadən 4pda saytı xəbər verib. Öz oxucularından birinin sualına cavab verən zaman Musk bildirib ki, sıxılmış hava üzrə qurulmuş reaktiv mühərrik sisteminə sahib olacaq Tesla Roadster-in testlərinə gələn il start veriləcək.
        Bu cür konstruksiya öz növbəsində elektromobilin sürət dinamikasını təkmilləşdirəcək, ona yüksək sürət verəcək, tormoz sistemi ilə döngələrdə dönmək bacarığını yaxşılaşdıracaq. Bundan əlavə olaraq güman olunur ki, reaktiv mühərriklər vasitəsilə elektromobil hətta bir neçə müddət havada da qala biləcək.
        Gözləntilərə əsasən bu cür elektromobil modeli saatda 100 km sürəti 1.9 saniyəyə yığacaq və onun bir dəfə şarj olunması sayəsində 1000 km yol qətt edilə bilinəcək. Sürətlənmək üçün nəzərdə tutulmuş sıxılmış hava ilə dolu sistem elektromobil salonunun arxasında yerləşəcək. Köməkçi mühərriklər isə elektromobil gövdəsinin perimetri üzrə yerləşdiriləcəklər. Tesla Roadster təqribi olaraq 2021-ci ildən tez satışa çıxmayacaq. Onun qiyməti isə 200.000$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər