Logo
    main-post-cover

    TikTok-un sahibi ByteDance şirkəti robotların hazırlanması ilə məşğul olur

        TikTok servisi ilə tanınan ByteDance şirkəti tədqiqat layihələri üzərində də çalışır. Verilmiş yeni məlumata əsasən şirkət xüsusi robotlar üzərində çalışır və həmin robotlar böyük dil modellərinin (Large Language Model / LLM) inteqrasiyası üçün nəzərdə tutulacaq. Şirkətin 2016-cı ildə təsis edilmiş AI Lab adlı şöbəsi iki qrupa bölünüb. Birinci qrup təbii dilin emalı layihələri, ikinci qrup isə müxtəlif profillərin tədqiqatları üzərində çalışır. Birinci qrup şirkətin əsas biznesində yardımçı olur. İkinci qrupa isə o cümlədən robotlarla məşğul olan komanda daxildir. Robotlarla məşğul olan komandaya vaxtı ikən Huawei şirkətində süni zəka layihələrinə rəhbərlik etmiş Li Hang adlı şəxs rəhbərlik edir.
        Məlumdur ki, ByteDance aktiv şəkildə süni zəka sahəsinə investisiyalar yatırır. Şirkət bu sahədə proqram təminatının hazırlanması ilə yanaşı müvafiq hardware həllərini də əldə edir. Məlumata əsasən şirkət bu il hesablama proseslərinin sürətləndirilməsi üçün nəzərdə tutulmuş NVIDIA sistemlərini əldə edib və buna 1 milyard dollar vəsait xərcləyib. Əldə edilmiş məhsullar arasında NVIDIA-nın A100H800 adlı çipləri də var. Çinin kütləvi informasiya vasitələri tərəfindən verilmiş məlumata əsasən xüsusi robotlarla məşğul olan komandaya artıq 50 nəfər daxildir və bu ilin sonuna kimi onun tərkibində 100 nəfər mütəxəssis fəaliyyət göstərəcək.
        Komanda tərəfindən hazırlanacaq texnoloji həllər böyük ehtimal ilə ilk növbədə elektron kommersiya sahəsində istifadə ediləcək. Söhbət, məhsulların anbarlarda sıralanmasından, daşınmasından və bağlamalara yerləşdirilməsindən gedir. ByteDance robototexnika sahəsindəki fəaliyyətlərinə 2020-ci ildə start vermişdi və şirkət rəhbərliyi əmindir ki, robotlar təkcə mövcud biznes layihələrində istifadə edilməməlidir. Məlumatda qeyd edilib ki, insana bənzər robotların hazırlanmasına ByteDance şirkətini Tesla həvəsləndirib. Belə ki, keçən il Tesla insana bənzər robotunu təqdim etmişdi.
    Paylaş
    Bənzər xəbərlər