Toyota kosmik sahəyə maraq göstərməyə başlayıb
Elm & Texnologiya
13.01.2025
Emil
Toyota şirkəti CES 2025 sərgisi çərçivəsində raket quruculuğu sahəsinə maraq göstərdiyini elan edib. Belə ki, o, Yaponiyanın Interstellar Technologies adlı aerokosmik şirkətinə investisiya yatırıb. Bu investisiya öz mövqelərini avtomobil sahəsindən kənara çıxarmaq istəyən Toyota üçün yeni mərhələnin başlanğıcı deməkdir. Qeyd etmək lazımdır ki, Interstellar Technologies şirkəti kosmosu daha əlçatan etmək üçün raketlərin hazırlanması və onların uçuşlarının reallaşdırılması ilə məşğul olur.
Toyota ilə əməkdaşlıq kosmik sahədə yüngül materialların və yüksək effektivli raketlərin hazırlanması da daxil olmaqla aparıcı texnologiyaların tətbiqi imkanlarını genişləndirəcək. Gözləntilərə əsasən iki şirkətin sahib olduğu təcrübənin birləşimi innovasiyaların ortaya çıxmasına təkan verəcək. “Biz həmçinin raketləri də analiz edirik. Çünki gələcək Yer kürəsi və ya bir avtomobil şirkəti ilə məhdudlaşmamalıdır” - deyə Toyota rəsmiləri bildiriblər. Toyota-nın bu addımı onun hidrogen energetikası və süni zəka sahələrindəki texnologiyalarını inkişaf etdirməsi ilə üst-üstə düşür. Nəticədə şirkət müxtəlif növ layihələrdə iştirak edə və özünü sınaya bilir.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Toyota-nın insanabənzər robotu ən uzaq məsafədən basketbol atmaq üzrə yeni rekord qırıb! (VİDEO)
Toyota-nın robotu 24.55 metr məsafədən basketbol ataraq insanabənzər robot tərəfindən atılmış ən uzaq basket rekordunu qırıb.
Nəqliyyat
Toyota Prius effektiv yanacaq sərfiyyatı mövzusunda dünya rekorduna imza atıb
27 il bundan öncə Toyota şirkəti dünyanın ilk hibrid avtomobilini satışa çıxartmışdı. Söhbət, birinci nəsil Toyota Prius-dan gedir.
Nəqliyyat
Toyota 3D printerdə çap edilmiş gövdəyə sahib off-road avtomobil konseptini sərgiləyib
Yaponiyanın avtomobil istehsalçısı olan Toyota 4 nəfər sərnişin üçün nəzərdə tutulmuş off-road avtomobilinin konseptini sərgiləyib.
Nəqliyyat
Toyota, Mazda, Honda, Suzuki və Yamaha markalı avtomobil istifadəçilərinin diqqətinə: Avtomobilinizdə təhlükəsizlik problemləri ola bilər!
Yapon avtomobil istehsalçılarının təhlükəsizlik testlərində aldatdıqları aşkarlanıb. Yaponiyaya görə, bu şirkətlər Toyota, Mazda, Honda, Suzuki və Yamaha-dır. Hətta bəzi istehsalçılar istehsalı belə dayandırıblar.
Nəqliyyat
Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
Bildirilir ki, Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün süni intellekt və çiplər üzərində birləşəcək. Məlumatlara görə, əməkdaşlıq 7 sahəni əhatə edəcək.
Ən çox oxunanlar