Toyota Lexus-un elektrikli sedanının tizer fotosunu təqdim edib
Elm & Texnologiya
10.04.2023
Emil
Toyota keçirtmiş olduğu press-konfrans çərçivəsində elektromobillərlə bağlı planlarından danışıb və Lexus brendi altında elektrikli sedanın tizer fotosunu təqdim edib. Lexus brendi altında hazırlanan elektrikli sedanın dizaynı keçən həftə təqdim edilmiş Toyota Prius Prime 2023 avtomobilini və bir tərəfdən Tesla Cybertruck-a bənzəyir. Elektromobilin hansı model adı altında satışa çıxacağı məlum deyil. Lakin bəzi insayderlərin sözlərinə əsasən o, elektrikli Lexus LS adı altında satılacaq. Lexus brendi altında elektromobilin hazırlanması barəsində məlumatı Toyota şirkətinin CEO-su hələ ilin əvvəlində təqdim etmişdi. O həmçinin qeyd etmişdi ki, sözügedən elektromobilin 2026-cı ildə satışa çıxması planlaşdırılır. Ümumilikdə isə şirkət növbəti 3 il ərzində çoxlu sayda müxtəlif elektromobil modeli təqdim etməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar