Tullantı batareyaların ətraf mühit və insan sağlamlığına mənfi təsirləri
Elm & Texnologiya
09.01.2025
Farid
1990-cı ilə qədər Sink-Karbon və Qələvi-manqan tipli silindrik və düyməli batareyalara 2%-ə qədər məhsuldarlığı artıran civə əlavə edilirdi. Bu maddənin toksikliyini və insan sağlamlığına zərərli təsirlərini nəzərə alaraq, 1991-ci ildən etibarən batareyalarda civənin istifadəsi tədricən azaldılmış və bu gün sözügedən miqdar 0,0005%-ə endirilmişdir. Digər tərəfdən, tərkibində sıfır civə olan batareyaların istehsalına da başlanılıb.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ölkələrində metal sənayesi 80%-dən çox mineral filizlərin, mineral ərintilərin və ya ilkin metalların idxalından asılıdır. Araşdırmalar göstərib ki, batareyalar mineral filizlərdən və onların ərintilərindən sonra ən çox metal ehtiva edən mənbələrdir. Bundan əlavə, müəyyən edilmişdir ki, tullantı batareyalarından metalların bərpası xərcləri (xüsusilə enerji sərfiyyatı baxımından) bu metalların filizlərdən və ərintilərdən çıxarılmasına çəkilən xərclərdən xeyli aşağıdır.
2007-ci ilin məlumatlarına görə, Aİ ölkələrində bazara təxminən 160 min ton portativ batareya buraxılmışdır. Bu miqdarda batareyaların tərkibində ümumilikdə 110-115 min ton müxtəlif metal ola bilər. Sözügedən metalların bazar dəyəri 50-100 milyon avro olaraq hesablanır.
Yuxarıdakı izahatlardan da göründüyü kimi, işlənmiş batareyalar atılmaq üçün çox qiymətlidir və bu səbəbdən son on ildə Avropada bir çox təkrar emal müəssisələri yaradılmışdır.
Ölkəmizdə təkrar emal mədəniyyətinin arzuolunan səviyyədə olmaması, istehlakçıların şüurlu və həssas olmaması səbəbindən evlərimizdən çıxan tullantı batareyalar torpağı və suyu çirklənir. Çox sadə tədbirlər görməklə təbiətimizə və əslində bütün canlılara töhfə verə bilərik. İşlənmiş batareyaları ətraf mühitə və ya zibil qutusuna atmamalı, ətrafımızı və təbiətimizi çirkləndirməmək üçün torpağa basdırmamalıyıq; Onu çaylara, göllərə, dənizlərə atmamalı, yandırmamalıyıq.
Evimizdən zibilliyə atdığımız tullantı batareyalarının tərkibindəki karbon, sink, dəmir, manqan, nikel, litium, kobalt, kadmium, mis və alüminium kimi kimyəvi maddələr zibilxanalardakı torpağa qarışaraq torpağın çirklənməsinə səbəb olur. Torpağın çirklənməsi torpaqdakı canlılara, bu torpaqda bitən bitkilərə və ya bu bitkilərlə qidalanan canlılara toksik təsir göstərir.
Ağır metallar bədənimizə ağız, tənəffüs yolları və dəri vasitəsilə daxil olur və maddələr mübadiləsindən çox yavaş xaric olduqları üçün zamanla orqanizmdə toplanır və təhlükəli dozalara çatır. İstifadə olunmuş batareyaların tərkibində olan ağır metallar metal xüsusiyyətlərinə görə yüksək sıxlığa malikdir və hətta aşağı konsentrasiyalarda da zəhərli təsir göstərə bilər. Digər zəhərli maddələrdən fərqli olaraq, ağır metallar təbii olaraq yer qabığında olur. Onu insanlar nə yarada, nə də məhv edə bilər.
Aşağıdakı infoqrafikada batareyaların tərkibindəki ağır elementlər və onların insan həyatına mənfi təsirləri göstərilmişdir
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Minlərlə il işləyə bilən dünyanın ilk karbon-14 almaz batareyası hazırlanıb!
İngiltərədəki tədqiqatçılar dünyanın ilk karbon-14 almaz batareyasını hazırlayıblar. Bu inqilabi batareya, minlərlə il işləməklə yanaşı, təhlükəsiz və davamlı bir həll yolu təqdim edir.
Elm & Texnologiya
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Elm & Texnologiya
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.
Elm & Texnologiya
Batareyaların ömrünü 50%-ə qədər artırmağın sadə bir yolu kəşf edilib!
Litium-ion batareyaların ömrü məhduddur, lakin ABŞ tədqiqatçıları litium-ion batareyaların ömrünü 50%-ə qədər artıran sadə üsul kəşf ediblər.
Elm & Texnologiya
Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Çin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları, kəsildikdə belə çalışa bilən litium-kükürdlü (Li-S) batareya prototipi hazırlayıblar.
Ən çox oxunanlar