
Tutuquşu, "Okay Google" sorğusunun səsini eynilə təsvir etdi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Afrikanın boz tutuquşusu maraqlı video ilə internet ulduzuna çevrilib.
Belə ki, bu tutuquşunun əsas özəlliyi, "Okay Google”
sorğusundan sonra səslənən səsi eyni ilə təsvir etməsi bacarığıdır. Sözügedən
maraqlı video YouTube-da yerləşdiriləndən 5 gün sonra 500.000-dən çox baxış sayı yığıb.
Videoda tutuquşunun sahibi olan qadın "Okay Google” deyəndən sonra həmin
tutuquşu, sorğu nəticəsində səslənən səsi eynilə təkrar edir. Afrikanın boz
tutuquşuları quşlar arasında səsləri təkrar etmək baxımından ən
istedadlılarından biri hesab olunur. Ortalama onlar 1.5 min sözü yadda saxlaya
bilirlər.
Paylaş
Bənzər xəbərlər