Logo
    main-post-cover

    Ulduzu ətrafında hər dövr ərzində buxarlanan planet kəşf edilib

    Elm & Texnologiya
    23.04.2025
    Emil
         Alimlər bir planet aşkar ediblər ki, onun orbiti ulduza o qədər yaxın yerləşir ki, bu səma cismi sözün əsl mənasında yanaraq ərimiş süxurlardan ibarət alovlu iz buraxır - sanki lava ilə örtülmüş bir kometa kimi. BD+05 4868 Ab adlandırılmış bu planet Yerdən təxminən 140 işıq ili uzaqlıqda, Peqas bürcündə yerləşir və öz ulduzu ətrafında tam dövrəni cəmi 30.5 saata tamamlayır. Planetin səthi 1600 dərəcə Selsiyə qədər qızır və hər dövrə zamanı o, Everestin kütləsinə bərabər olan miqdarda maddə itirir. Alimlərin sözlərinə görə, bu “epik dağılma” prosesi 1-2 milyon il çəkə bilər.
         Aşkar edilmiş 6000-dən çox ekzoplanet arasında alimlər öz ulduzlarının alovunda məhv olan belə səma cisimlərindən yalnız üçünü müəyyən ediblər. Onların hər biri öz ardınca maqma və qalıqlardan ibarət, kometaya bənzər xarakterik quyruq buraxır. Lakin BD+05 4868 Ab bu planetlər arasında quyruğunun rekord uzunluğu ilə seçilir. “Quyruğunun uzunluğu nəhəngdir - o, 9 milyon kilometrə qədər uzanır, bu da planetin bütün orbitinin təxminən yarısına bərabərdir” - deyə Massaçusets Texnologiya İnstitutunun Astrofizika və Kosmik Araşdırmalar İnstitutundan alimi Marc Hon bildirib.
         “Bu o deməkdir ki, onun buxarlanması ən fəlakətli olanıdır və o, digər planetlərdən qat-qat tez yox olacaq”. BD+05 4868 Ab ulduzuna təhlükəli dərəcədə yaxın fırlandığı üçün onun tranziti (planetin ulduzun qarşısından keçərkən ulduzun parlaqlığının azalması) xüsusilə parlaq və aydın görünür. Planet NASA-nın Transiting Exoplanet Survey Satellite (TESS) adlı teleskopu vasitəsilə aşkar edilib. Bu teleskop yaxın ulduzlardakı dövri parlaqlıq azalmasını izləyərək ekzoplanetləri müəyyən edir. “Tranzitin forması uzun quyruğa sahib bir kometa üçün xarakterikdir” - deyə Marc Hon izah edir.
         “Yeganə fərq ondadır ki, bu quyruqda ehtimal ki, kometalar üçün səciyyəvi olan uçucu qazlar və buz yoxdur - çünki onlar ulduza bu qədər yaxın məsafədə sağ qala bilməzdilər. Lakin planetin səthindən buxarlanan mineral zərrəcikləri kifayət qədər uzun müddət qala bilər ki, xarakterik quyruq formalaşsın”. Rekord uzunluğa malik quyruğu sayəsində BD+05 4868 Ab, James Webb kosmik teleskopu üçün ideal müşahidə hədəfi sayılır. Bu teleskop ulduz işığında baş verən cüzi spektral dəyişiklikləri qeyd edə bilir və bu sayədə buxarlanan süxurların kimyəvi tərkibini müəyyənləşdirmək mümkündür.
         Bu isə planetin dağılmasını real vaxtda izləməyə və onun kimyəvi tərkibini öyrənməyə imkan yaradır. Astronomların sözlərinə görə, bu planetin məhv olması qaçılmazdır, çünki onun kütləsi çox azdır. Ölçüsü təxminən Merkuri Ay arasında olan bu planetin cazibə qüvvəsi çox zəifdir və davam edən kütlə itkisi səbəbilə bu cazibə gücü daim azalır. Bu, geriyə dönüşü olmayan bir prosesdir və zamanla daha da sürətlənəcək. Yaxın vaxtlarda alimlər BD+05 4868 Ab planetini James Webb teleskopu ilə müşahidə etməyə davam etməyi planlaşdırırlar. “Bu, qaya tipli bir planetin daxili tərkibini birbaşa ölçmək üçün unikal imkan olacaq. Bu isə Günəş sistemindən kənarda Yer tipli planetlərin müxtəlifliyi və potensial yaşanabilirliyi haqqında bizə çox şey öyrədə bilər” - deyə Hon izah edib.
    Mənbə: Space.com
    Paylaş
    Bənzər xəbərlər
    avropa-kosmosda-qida-mehsullarinin-istehsalini-tecrubeden-kecirecek
    Elm & Texnologiya

    Avropa kosmosda qida məhsullarının istehsalını təcrübədən keçirəcək

    Avropa Kosmik Agentliyi (ESA) astronavtlar üçün ləzzətli və insana tanış olan qidanın birbaşa orbitdə istehsal olunması imkanını yoxlayacaq.
    marsda-qedim-heyata-isare-eden-yeni-iz-askar-edilib
    Elm & Texnologiya

    Marsda qədim həyata işarə edən yeni iz aşkar edilib

    Bu vaxta qədər nə orbit aparatları, nə də səthüstü aparatlar Marsda karbon dövriyyəsinə dair birbaşa izlər aşkarlaya bilməmişdilər. Belə izlərin tapılması, planetin atmosferindəki CO2 konsentrasiyasının həyatın yaranması və mövcudluğu üçün uyğun şərait yarada biləcək səviyyədə saxlanıldığını göstərə bilərdi.
    yagis-damcilarindan-elektrik-enerjisinin-elde-edilmesi-usulu-hazirlanib
    Elm & Texnologiya

    Yağış damcılarından elektrik enerjisinin əldə edilməsi üsulu hazırlanıb

    Əgər maye hissəcikləri boru boyunca eyni sürətlə və eyni istiqamətdə hərəkət edirsə, bu zaman porşenli axın hadisəsi baş verir. Sinqapurlu alimlərin göstərdiklərinə görə, bu hadisə düşən damcılardan alınan enerjinin miqdarını xeyli artıra bilər
    yer-orbitinde-kosmik-tullantilarin-hecmi-6000-tonu-kecib
    Elm & Texnologiya

    Yer orbitində kosmik tullantıların həcmi 6000 tonu keçib

    Son bir neçə il ərzində insanlıq kosmosa o qədər çox peyk buraxıb ki, orbitdəki tullantı problemi əhəmiyyətli dərəcədə daha da pisləşib. Avropa Kosmik Agentliyinin (ESA) illik hesabatına görə, hazırda aşağı Yer orbitində (160-2000 km arası) 6600 ton kosmik tullantı mövcuddur.
    erken-kainatda-sud-yolu-qalaktikasinin-ekizi-kesf-edilib
    Elm & Texnologiya

    Erkən kainatda Süd Yolu qalaktikasının əkizi kəşf edilib

    Alimlər James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər məlum olanlar arasında ən uzaq məsafədə yerləşən ən qədim spiral qalaktikanı aşkar ediblər.