Ümumilikdə 140 milyard dolların itirilməsi: Bəzi insanlar bitcoin portmanatlarının şifrələrini unudublar

Ümumilikdə 140 milyard dolların itirilməsi: Bəzi insanlar bitcoin portmanatlarının şifrələrini unudublar

Texnologiya
14.01.2021 PAYLAŞIM

    Ümumi dəyəri 140 milyard dollar olan bitcoinlər elektron portmanatlarda yerləşirlər. Lakin problem ondan ibarətdir ki, həmin portmanatların sahibləri onlara daxil olmaq üçün nəzərdə tutulmuş şifrələri itiriblər. Bu barədə The New York Times xəbər verib. Analitiklərin verdikləri məlumata əsasən şifrələri itirilmiş portmanalardakı bitcoinlərin sayı ümumi bitcoinlərin sayının 20%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, pandemiya zamanı bitcoinə maraq kəskin artıb. Belə ki, investorlar ənənəvi valyutaların aşağı düşəcəklərindən qorxaraq kriptovalyutalara investisiya yatırmağa başlayıblar. Nəticədə bitcoinin qiyməti kəskin şəkildə artmağa başlayıb.

    Qiymətin kəskin artımı dekabr və yanvar aylarında müşahidə olunub. İlk öncə bitcoin 20.000$ qiymətlə ilkin rekordunu vurub, daha sonra isə onun qiyməti 42.000$-a yüksəlib. Elektron portmanatların itmiş rəqəmsal açarlarını bərpa etməyə yardımçı olan Wallet Recovery Services şirkəti bildirib ki, dekabr və yanvar aylarında ona müraciət edənlərin sayı artıb. Belə ki, gün ərzində şirkətə 70 ədəd sorğu gəlir. Bu isə əvvəlki aylardakı göstəricilərdən 3 dəfə çoxdur. Bu vəziyyət bitcoinin texnoloji özəllikləri ilə bağlıdır. Belə ki, həmin özəlliklər qeydiyyat və şəxsiyyətin yoxlanılması olmadan portmanatın yaradılması imkanını verirlər.


Ənənəvi banklardan və ödəniş sistemlərindən fərqli olaraq daxilində bitcoinlərin olduqları elektron portmanatların sahibləri şifrəni sıfırlaya və ya bərpa edə bilməzlər.

    İstifadəçilər sadəcə olaraq pul vəsaitlərinin saxlandığı ünvanı və onunla bağlı olan açarı yarada bilərlər. Həmin açar isə yalnız istifadəçinin özünə məlum olacaq. Bir sıra istifadəçi öz şifrələrini kağızda və ya noutbukda saxlayıblar. Lakin sonradan onlar həmin şifrələri itiriblər. Məsələn San Fransiskodan olan Stefan Thomas adlı proqramçı, daxilində 7002 ədəd bitcoinin (220 milyon dollar) olduğu portmanatının şifrəsini itirib.

    O bildirib ki, kriptovalyutanı ilk dəfə 2011-ci ildə bitcoin haqqında videonu yaratdığına görə əldə edib. Həmin vaxtda o, portmanat üçün olan şifrəni kağıza yazıb və sonradan həmin kağızı itirib. Onun sözlərinə əsasən o öz portmanatına daxil olmaq üçün 8 şifrə kombinasiyasından istifadə edib. Lakin onların hamısı səhv olub. İndi isə onun iki cəhdi qalıb. Əgər iki cəhd nəticəsində onun daxil etdiyi şifrə səhv olarsa, onun elektron portmanatı bloklanacaq və o həmişəlik öz bitcoinlərini itirəcək.

Stefan Thomas-ın 2011-ci ildə bitcoin texnologiyası haqqında yaratdığı video:

    Barbadosdan olan Gabriel Abed adlı sahibkar öz 800 ədəd bitcoinini (25 milyon dollar) itirib. Belə ki, o öz portmanatının şifrəsini noutbukunda saxlayırdı. Onun dostu isə noutbuku format edən zaman bütün şifrələr də silinib. O bildirib ki, bitcoin məsələsində insan özü-özünün bankına çevrilir. Bu çox riskli haldır. Lakin Gabriel Abed mövcud olan riskləri doğru hesab edir. Belə ki, həmin risklər fərdi pul vəsaitlərinin rahat əldə olunmasına şərait yaradırlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: MediaTek şirkəti Dimensity seriyasına daxil olacaq yeni flaqman pro..

Son zamanlar bazarda ən böyük prosessor istehsalçılarından birinə çevrilmiş MediaTek şirkəti artıq s..


Apple smart saatlar üçün unikal autentifikasiya texnologiyası üzərində çalışır..

Apple şirkətinin demək olar bütün cihazlarında biometrik autentifikasiya sistemi mövcuddur. İstisna ..


Apple M1-ə rəqib?: Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessor üzər..

Apple şirkətinin öz kompüterlərində fərdi prosessordan istifadəyə keçid etməsi uğurla baş tutdu...


Samsung naqilsiz Galaxy Buds Pro qulaqlığını və SmartTag axtarış trekerini təqdi..

Galaxy S21 flaqman smartfonları ilə yanaşı Samsung şirkəti həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlı..


Samsung Exynos prosessorları ARM Mali əvəzinə AMD qrafik çiplərinə sahib olacaql..

Hələ 2019-cu ildə Samsung şirkəti AMD ilə birgə əməkdaşlığını elan etmişdi.


30% daha güclü CPU və 40% daha güclü GPU: Samsung Exynos 2100 flaqman prosessoru..

Galaxy S21 flaqman smartfon seriyasının təqdimatından öncə Samsung şirkəti Exynos 2100 adlı yeni fla..

×