main-post-cover

    Uyğun qiymət etiketinə sahib iPhone X gələ bilər

    Elm & Texnologiya
    20.10.2017
    Orxan Jafarli
    iPhone X üçün bu gün Çində nəşr olunan bir hesabat görə, şirkətin 2018-ci il etibarilə Lisbon və Hangzhou kod adlarına sahib iki cihaz çıxardacağı istiqamətindədir. Söz-söhbətlərə görə bu iki model, bəzi iPhone X xüsusiyyətlərinə sahib olacaq və daha da əhəmiyyətlisi isə uyğun qiymət etiketi ilə satışda olacaq!
    Hələlik sözü edilən bu iki modelin hansı xüsusiyyətlərə sahib olacağı və qiymətinin nə cür ucuz olacağı ilə əlaqədar dəqiq bir məlumat yoxdur. Ancaq Macotakara qaynaqlarına görə sözü edilən bir model, təxminən 100 dollar daha ucuz olacaq. Qarşımıdakı il çıxacaq olan cihazların OLED ekran, TrueDepth kamera və Face ID xüsusiyyətlərinə sahib olması gözlənilir.
    Apple-ın bu hücumu, Çin bazarında təkrar ciddi bir pay əldə etmə üzərinədir. Bu anda smartfon bazarında ən rəqabətli nöqtələrdən biri olan Çində; Huawei ilə Oppo hökmdarlığı var. Apple isə 17,7% bazar payı ilə 31% bazar payına sahib Huawei-dən bir xeyli geridədir.
    Baxaq  “əlverişli” məhsul görməyə vərdiş etmədiyimiz Apple, 2018 etibarilə necə modellərlə istehlakçının qarşısına çıxacaq. 
    Linki kopyala