
"Visa", ödənişləri edə bilən ağıllı gün eynəklərini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Beynəlxalq ödəniş sistemi olan "Visa", South by Southwest sərgisində ağıllı gün eynəklərini təqdim edib.
Sözügedən gün eynəkləri vasitəsilə istifadəçilər öz ödənişlərini
edə biləcəklər. Kredit kartını əvəz edən eynək, WaveShades adını alıb. Bu eynəklər
Avstraliyanın ödəmə sistemi Inamo ilə bir yerdə yaradılmışdır. Eynəklər xüsusi NFC çiplərə sahibdirlər. Bu çiplərdə isə ödəmə məlumatları yerləşir. Hansısa məhsulun
ödənişini etmək üçün eynəyi sadəcə olaraq lazımi terminala yaxınlaşdırmaq
lazımdır. "Visa"nın verdiyi məlumata əsasən bu texnologiya hal-hazırda
vstraliyanın 5 şəhərində test mərhələsindədir. Beləliklə şirkət biləcək ki, bu
cür texnologiyaya tələbat var ya yox. Sözügedən eynəklərin iri miqyaslı
istehsalatda start götürəcəyi tarix və qiyməti barədə hələki heç bir məlumat
yoxdur. "Visa WaveShader vasitəsilə biz avstraliyalılara göstərmək istəyirik
ki, innovasiyalı texnologiyalar ilə ödəmə sistemlərində insanların həyatlarını
asanlaşdırmaq mümkündür” – deyə "Visa”nın marketinq üzrə vitse-prezidenti Frederique Covington bildirib. Şirkət həmçinin banklar və məşhur brendlər ilə
bu texnologiyanın miliyyələşdirilməsi barəsində danışıqlar aparır.
Paylaş
Bənzər xəbərlər