main-post-cover

    'Vivo' şirkəti barmaq izi skanının ekrana inteqrasiya olunduğu smartfonunu təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    09.01.2018
    Farid Pardashunas
    CES 2018 tədbiri çərçivəsində “Vivo” şirkəti barmaq izi skanının ekrana inteqrasiya olunmuş smartfonunun prototipini təqdim etdi.
    Smartfonun yaradılması zamanı şirkət mühəndisləri keçən ay anonsu olmuş “Synaptics” şirkətinin yeni barmaq izi skanı texnologiyasından istifadə ediblər. Şirkətin verdiyi məlumata əsasən smartfon artıq kütləvi istehsalata hazır şəkildədir. “İlk öncə biz ultrasəs ötürücüsü əsasında olan texnologiyanın prototipini MWC Shanghai 2017 tədbirində sərgiləmişdik. Bundan sonra biz bu texnologiyanı gələcək smartfonlarımızda reallaşdırmağı qərara aldıq. Barmaq izi skanının ekrana inteqrasiya olunmuş və artıq istehsala hazır vəziyyətdə olan smartfonun bugünki təqdimatı bu işdə olan böyük addımdır. Biz şadıq ki, yaxın zamanda bunu edə biləcəyik” – deyə şirkətin vitse-prezidenti bildirib. Barmaq izi skanının inteqrasiya olunduğu ilk Vivo smartfonu haqqında məlumatlar bu ilin əvvəlində veriləcək. Çox güman ki, biz həmin məlumatları gələn ay keçiriləcək MWC 2018 tədbirində eşidəcəyik.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər