
Volkswagen-in növbəti elektromobilinin fotoları sızdırılıb
Elm & Texnologiya
13.04.2023
Emil
Volkswagen ID.7 elektromobilinin təqdimatı 18 aprel tarixində baş tutacaq. Lakin məsələ burasındadır ki, Çində satışı planlaşdırılan hər bir avtomobil satışdan öncə müvafiq nizamlayıcı orqanın sertifikatlaşdırma prosesindən keçməlidir və bu proses zamanı avtomobilin fotoları çəkilir. Volkswagen ID.7 də bu məsələdə istisna olmayıb. Elektromobilin sertifikatlaşdırılması zamanı çəkilmiş fotolar artıq internetdə ortaya çıxıb.
Mövcud məlumatlara əsasən Volkswagen ID.7 şirkətin elektrikli mühərriklərə sahib orijinal sedanlar seriyasındakı flaqman elektromobillər bölməsində yer alacaq. Məlumatda qeyd edilib ki, elektromobilin gövdə ölçüləri 4956 x 1862 x 1537 mm təşkil edəcək. Elektromobilin 201 at gücünə sahib mühərriki ilə təchiz olunmuş versiyasının maksimal sürəti saatda 155 km təşkil edəcək və o, 55 000$-a satılacaq. Volkswagen ID.7 barəsində digər bütün məlumatlar 18 aprel tarixindəki təqdimat zamanı bilinəcək.
Paylaş
Bənzər xəbərlər