Volkswagen və UBTech şirkətləri, insanabənzər robotlarla işləyən avtomobil zavodu quracaq!
Elm & Texnologiya
04.07.2024
Farid Pardashunas
Avtomobil sənayesində insanabənzər robotların sayı artmaqda davam edir. Nəhayət, Çin robototexnika şirkəti UBTech, insanabənzər robotlarla işləyəcək bir fabrik üçün FAW-Volkswagen ilə birgə çalışacaq.
Çində yerləşən insanabənzər robototexnika tədqiqat və istehsal şirkəti olan UBTech, ağıllı və çevik istehsal xətləri ilə qarışdırılmış insanabənzər robotların işlədiyi yeni nəsil avtomobil fabriki üçün Çinin ilk birgə müəssisə avtomobil istehsalçılarından biri olan FAW-Volkswagen ilə birlikdə işləyəcək. Tərəfdaşlıq çərçivəsində FAW-Volkswagen-in fabrikində insanabənzər robotların sənaye əməliyyatlarına inteqrasiyası hədəflənir.
Müqaviləyə əsasən, FAW-Volkswagen, UBTech-in insanabənzər sənaye robotu Walker S-ni Qingdao müəssisəsindəki istehsal xətlərinə boltun bərkidilməsi, komponentlərin yığılması və avtomobil hissələrinin idarə edilməsi kimi vəzifələri yerinə yetirmək üçün yerləşdirəcək. UBTech isə öz insanabənzər robotlarını təkmilləşdirməyə və optimallaşdırmağa çalışacaq və şirkətin fabriklərini daha ağıllı hala gətirəcək və tam avtomatlaşdırmanın inkişaf proseslərinə dəstək verəcək. UBTech, əslində bu məsələyə yad bir şirkət deyil. Şirkətin insanabənzər robotu Walker S, artıq Çinin elektrik avtomobil istehsalçısı NIO-nun fabrikində və Dongfeng Liuzhou-nun mühərrik yığma sexində istifadə olunur. Walker S, boyu 1.7 metr olan standart insan formasındadır. Robot, eşitmə və məsafə sensorları, multimodal sensor birləşməsi və dinamik mühit kəşfi sayəsində insanları və obyektləri aşkarlaya bilir. 3D semantik xəritələr yarada bilən robot, hərəkət zamanı maneələrə ilişmədən irəliləyə bilir.
Tərəfdaşlıq çərçivəsində insanabənzər robotlar, əvvəlcə FAW-Volkswagen-in fabriklərində sınaqdan keçiriləcək və oradakı bəzi iş yerləri avtomatlaşdırılacaq. NIO-nun fabriklərində avtomobillərə emblem tətbiq edə bilməklə yanaşı, Walker S, qapı kilidləri və təhlükəsizlik kəmərləri kimi məsələlərdə keyfiyyət yoxlanışı həyata keçirə bilər. Digər tərəfdən, Volkswagen, öz fabriklərində insanabənzər robotlardan istifadə edən yeganə şirkət deyil. Belə ki, BMW, Figure AI ilə işlədiyi halda, Apptronik-in robotu Apollo da Mercedes ilə işləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
Bu yaxınlarda Figure AI-nin insanabənzər robotu Figure 01, avtomobil nəhəngi BMW-də işləməyə başlamışdı. Şirkət, indi robotun nə etdiyinə dair qısa bir video paylaşaraq robotun gələcəyinin qısa xülasəsini göstərib.
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Çinli alimlər, diqqətəlayiq bir addım ataraq dünyada ilk dəfə insan beynilə idarə olunan robot hazırlamağa nail olublar.
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir.
Çinin Dongfeng şirkəti, avtomobil fabriklərində insanabənzər robotlardan istifadə edəcək!
Çinin Dongfeng şirkəti, avtomobil fabriklərində insanabənzər robotlardan istifadə edəcək!
Çin avtomobil istehsalçısı Dongfeng, insanabənzər robotlar hazırlayan "Ubtech Robotics" şirkəti ilə strateji müqavilə imzalayıb. Şirkət Ubtech-in insanabənzər robotlarını avtomobil istehsalı proseslərində tətbiq edəcək.
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
Pekində insana bənzər Tiangong adlı unikal robot təqdim olunub. Bu robot saatda 6 km sürətlə qaça bilən və tamamilə elektrik enerjisi ilə çalışan ilk robotdur.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!