
Voyager-1 və Voyager-2 kosmik aparatlarının missiyaları daha 1 il uzadılıb
Elm & Texnologiya
06.03.2025
Emil
Voyager-1 və Voyager-2 kosmik aparatlarının missiyaları daha 1 il uzadılıb. Bu, hər bir aparatdakı bir elmi cihazın söndürülməsi hesabına mümkün olub və güc ehtiyatını qoruyaraq ulduzlararası kosmik sahə haqqında unikal məlumatların toplanmasını davam etdirməyə imkan verəcək. Hər iki aparat artıq heliosferadan kənara çıxıb - indiyənə kimi Yer kürəsindən heç bir obyekt bu qədər uzaq məsafəyə uçmamışdı. Voyager aparatları radioizotop enerjisi ilə işləyirlar. Plutoniumun parçalanması nəticəsində termoelementlər elektrik cərəyanı yaradırlar. Lakin enerji mənbəyinin gücü ildə təxminən 4 vatt azalır. Vaxt keçdikcə bu güc Yer ilə əlaqəni saxlamaq üçün yetərsiz olacaq.

Missiyanı mümkün qədər uzatmaq üçün mühəndislər daha az vacib və ya artıq köhnəlmiş elmi cihazları söndürürlər. Voyager aparatları Yupiter, Saturn, Neptun və Plutonun yanından keçdikdən sonra onların göyərtəsindəki cihazların əksəriyyəti öz aktuallığını itirdi. Son illərə qədər hər iki aparat 4 elmi cihazla işləyirdi. Bu cihazlar yüklü hissəcikləri qeydə alaraq maqnit sahələrini və plazmanı tədqiq etməyə imkan verirdi. Məhz bu cihazlar Voyager aparatlarının heliosferadan çıxışını qeydə almağa kömək etdilər. Lakin cihazlar söndürülməsə, enerjinin cəmi 1 il ərzində tükənəcəyi gözlənilir.

Voyager-1 heliosferanı 2012-ci ildə, Voyager-2 isə 2018-ci ildə tərk edib. Hazırda Voyager-1 Yer kürəsindən 25 milyard km, Voyager-2 isə 21 milyard km məsafədə yerləşir. Radiosiqnalın aparatlara çatması və geri qayıtması Voyager-1 üçün 23 saat, Voyager-2 üçün isə 19 saat çəkir. 2024-cü ilin oktyabrında Voyager-2 üzərindəki plazma axınının konsentrasiyasını və istiqamətini ölçən cihaz söndürüldü. Bu cihaz son illərdə yalnız məhdud məlumat toplaya bilirdi, çünki onun plazmanın hərəkət istiqamətinə nisbətən yerləşməsi məlumatların dəqiqliyini azaldırdı. Voyager-1 üzərindəki oxşar cihaz isə bundan əvvəl nasazlıq səbəbindən söndürülmüşdü.
1997-ci ilin mart ayı. Voyager aparatlarından birinin yığılma prosesi:

Keçən həftə Voyager-1 üzərində kosmik şüalar haqqında məlumat toplayan sistem söndürüldü. Bu sistem üç sensor vasitəsilə Günəşdən və qalaktikadan gələn protonların enerjisini və axınını qeydə alırdı. Bu məlumatlar aparatın heliosferadan çıxış anını dəqiq müəyyən etməyə kömək etdi. Bu ayın sonuna qədər Voyager-2 üzərində aşağı enerjili yüklü hissəcikləri ölçən cihaz da söndürüləcək. Bu cihaz elektronları, ionları və həm Günəş sistemindən, həm də qalaktikanın dərinliklərindən gələn kosmik şüaları qeydə alırdı. Hər iki sistem xüsusi fırlanan platforma üzərində yerləşir və impulsla çalışan mühərrikdən istifadə edir.
Mühərrik hər 192 saniyədə bir dəfə 15.7 vatt güc sərf edərək işləyir. Bu sistem ilk dəfə 1980-ci ildə Saturnun yanından keçid üçün nəzərdə tutulmuşdu. Lakin Voyager-2 üzərindəki bu mühərrik artıq 8.5 milyondan çox hərəkət icra edib və indi istifadə üçün söndürüləcək. Əvvəllər mühəndislər Voyager aparatlarındakı bütün elmi cihazları mümkün qədər uzun müddət işlək vəziyyətdə saxlamağa çalışırdılar, çünki bu cihazlardan alınan məlumatlar bənzərsiz və dəyərlidir. Lakin mövcud enerji səviyyəsi ilə təxminən 1 il sonra hər bir aparat üzərində daha bir cihazın söndürülməsi zəruri olacaq.

Bu müddət ərzində Voyager-1ə maqnitometr və plazma dalğalarını qeydə alan sistemi işlətməyə davam edəcək. Aşağı enerjili yüklü hissəcik detektoru isə 2025-ci ilin sonuna qədər fəaliyyət göstərəcək, sonra o da söndürüləcək. Voyager-2 isə maqnit sahəsi və plazma dalğaları ilə bağlı tədqiqatlarını davam etdirəcək. Lakin onun kosmik şüaları qeydə alan sistemi 2026-cı ildə söndürüləcək. Mühəndislərin hesablamalarına görə, enerjiyə qənaət tədbirləri aparatların ən azı 2030-cu illərin əvvəlinə qədər çalışmalarına imkan verəcək - hətta yalnız bir elmi cihaz aktiv qalsa belə. Bununla belə, Voyager aparatları artıq 48 ildir açıq kosmosda fəaliyyət göstərir və gözlənilməz nasazlıqlar bu müddətin daha da qısalmasına səbəb ola bilər.
Mənbə: NASA
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Mütəxəssislər: "ABŞ Ay yarışında Çindən geridə qalır"
ABŞ, Ayın mənimsənilməsi yarışında Çinlə artan rəqabət fonunda “Artemis” proqramını həyata keçirməkdə çətinliklərlə üzləşir və NASA daxilində daxili problemlərlə qarşılaşır. ABŞ Nümayəndələr Palatasında keçirilmiş dinləmələr zamanı ekspertlər, Çinin 2030-cu ilə qədər insanlı Ay missiyası həyata keçirməyi planlaşdırdığına görə ABŞ-ın geri qalmasından narahat olduqlarını bildiriblər.

Elm & Texnologiya
Qeyri-adi "isti Neptun" kəşf edilib
İsti Neptun tipli planetlər o qədər nadirdir ki, astronomlar onların bu qədər ekstremal şəraitdə necə sağ qala bildiklərini tam başa düşə bilmirlər. Astronomlar NASA-nın James Webb kosmik teleskopundan istifadə edərək yeni kəşf edilən LTT 9779 b planetini detallı şəkildə tədqiq ediblər.

Elm & Texnologiya
NASA-nın yeni kosmik teleskopu Böyük partlayışın sirrini açmağa yardımçı olacaq
28 fevral tarixində NASA-nın unikal infraqırmızı kosmik teleskopu - SPHEREx-in kosmosa göndərilməsi planlaşdırılıb. Bu teleskop 2 il ərzində bütün görünən kosmosu skan edəcək və ilk dəfə olaraq kainatın 102 fərqli rəngdə unikal xəritəsini yaradacaq.

Elm & Texnologiya
SpaceX Yer kürəsini kosmik təhlükələrdən qoruyacaq yeni teleskopu kosmosa göndərəcək
NASA açıqlayıb ki, SpaceX yeni planetar müdafiə kosmik teleskopunun buraxılması üçün müqavilə əldə edib. Əvvəlki NEOWISE teleskopu 1 noyabr 2024-cü ildə Yer atmosferində yanaraq məhv olmuşdu. Onun yerinə NEO Surveyor adlı yeni infraqırmızı kosmik teleskop hazırlanır.

Elm & Texnologiya
Ən uzaq məsafəli kosmik aparatlardan biri Günəş sisteminin sərhədini keçməyə hazırlaşır
New Horizons (Yeni Üfüqlər) kosmik aparatı yaxın gələcəkdə tarixi bir hadisə həyata keçirməlidir. Bu, bizim ulduz sistemimizin ən uzaq bölgələrini daha yaxşı anlamağa kömək edəcək.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
