main-post-cover

    Windows 10-da Samsung smartfonları üçün eksklüziv yeni funksiya işə düşüb

    Elm & Texnologiya
    13.04.2020
    Emil Nəcəfov
        Microsoft şirkəti Windows 10 əməliyyat sistemi ilə Android smartfonlar arasındakı qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsinə artıq çoxdan start verib. Məsələn indiki mərhələdə kompüter ekranında smartfona gəlmiş mesajlara baxmaq və onları cavablandırmaq mümkündür. İndi isə Microsoft şirkəti cihazlar arasındakı fayl ötürülməsi prosesini sadələşdirib. Lakin bu yeni funksiya yalnız Samsung smartfonları üçün reallaşdırılıb. Bu barədə Engadget saytı xəbər verib.
        Faylları smartfondan kompüterə və ya kompüterdən smartfona naqil, bulud servis və ya elektron poçt vasitəsilə göndərmək olar. Windows 10-un sonuncu versiyasında faylların cihazlar arasındakı ötürülməsini reallaşdıran daha rahat üsul reallaşdırılıb və bu üsul yalnız Galaxy smartfonlarına aiddir. Sözügedən üsul tez və asan şəkildə faylları bir cihazdan digərinə köçürməyə imkan verir. Bunun üçün Microsoft-un Your Phone və Samsung-un Link To Windows tətbiqləri lazım olacaq.
        Smartfonda olan faylı kompüterə göndərmək üçün sadəcə olaraq lazımi faylı Gallery-dən və ya fayllar menecerindən seçmək, daha sonra göndərilmə üsulunu təyin etmək lazımdır. Kompüterdən isə fayl ötürülməsi prosesi seçilmiş faylların Your Phone tətbiqinin pəncərəsinə daşınılması üzrə reallaşdırılır. Qeyd etmək lazımdır ki, bir dəfəyə 100 ədəd fayl göndərmək olar və hər bir faylın həcmi 512 MB-ı keçməməlidir. Faylların ötürülməsi Wi-Fi vasitəsilə baş tutur.
    Linki kopyala