Windows 7 haqqında 7 maraqlı fakt

Windows 7 haqqında 7 maraqlı fakt

Texnologiya
15.01.2020 PAYLAŞIM

    Dünən Microsoft şirkəti elan etdi ki, o artıq Windows 7 əməliyyat sisteminin istehlakçı versiyası üçün yenilənmələr təqdim etməyəcək. Bu isə sözügedən əməliyyat sisteminin dəstəyinin dayandırılması deməkdir. Bu əməliyyat sisteminə sahib kompüterlər çalışmağa davam edəcəklər. Lakin şirkət yenə də istifadəçilərə Windows 10-a keçid etməyi məsləhət görür. Məşhur əməliyyat sisteminin dəstəyinin dayandırılması münasibətilə Windows 7 barəsində 7 maraqlı faktı təqdim edirik.

- Windows 7-nin yaradılması üzərində 2500-ə yaxın şəxs çalışıb:


    Microsoft şirkəti Windows 7-ni hazırlamağa başlayan zaman onun səhv etməyə imkanı yox idi. Belə ki, həmin vaxtda Vista işıq üzü görmüşdü və bir çoxları tərəfindən tənqidə məruz qalmışdı. Çünki Vista bir çox buglara sahib idi və kompüter resurslarını yüksək səviyyədə istifadə edirdi. Windows 7 isə bu problemləri aradan qaldırmalı idi. Bunun üçün şirkət 2500 işçini işə cəlb etdi. Məlumata əsasən Windows 7-nin yaradılması üçün şirkət hər birində 100 nəfər olmaqla 25 işçi qrupu yaratmışdı. Həmin qruplara proqramçılar, testçilər və menecerlər daxil idilər. Hər bir qrup müəyyən iş ilə məşğul olurdu. Kimsə əməliyyat sisteminin nüvəsini optimizasiya edirdi, kimsə istifadəçi interfeysini.

- Hələ satışlara başlamamış Windows 7 Harry Potter seriyasından daha məşhur idi:

    Vista-dan sonra Microsoft yaranmış bütün problemləri aradan qaldıracağına söz vermişdi. İnsanlar isə buna inanmışdılar. Belə ki, Amazon-un İngiltərə üzrə şöbəsində Windows 7-ni Vista-nın bütün ön satışlarından daha çox ön sifariş etmişdilər. Lakin bu, yeganə nailiyyət deyil. Çünki Windows 7 əməliyyat sistemi Amazon UK-nin varolma dövrü ərzində ən çox ön sifariş olunan məhsul idi. Windows 7 hətta Harry Potter seriyasının son kitabını da geridə qoymuşdu.

- Windows 7 2009-cu ildə işıq üzü görüb. 11 il bundan öncə:

    Windows 7 22 oktyabr 2009-cu il tarixində işıq üzü görüb. Uğursuz olmuş Vista-dan bir neçə il sonra. Windows 7 təkmilləşdirilmiş Aero interfeysə, sensorlu ekranlar üçün multitouch-a, virtual sərt disk dəstəyinə sahib idi. Lakin ən əsası əməliyyat sistemi əvvəlki proqram təminatları və drayverlərlə uyğunlaşırdı.

- Birinci ildə Windows 7 saniyədə 7.6 kopya sürəti ilə satılırdı:

    Artıq ön sifarişlərin yüksəliş tempinə görə aydın idi ki, Windows 7 uğurlu olacaq. Lakin satışa çıxandan sonra o, bütün rekordları qırmağa başladı. Belə ki, birinci ildə əməliyyat sisteminin 240 milyon kopyası satılmışdı. Jurnalistlərin məlumatlarına əsasən bütün dünyada hər saniyə 7.6 kopya satılırdı. Müqayisə üçün qeyd etmək lazımdır ki, 260 milyon satılmış kopya nəticəsinə çatmaq üçün Windows 8-ə 3 il vaxt lazım oldu.

Windows 7 yalnız Windows 10-a məğlub oldu. O da bu il:

    Windows 8 özündən əvvəlki versiyas ilə eyni səviyyədə ola bilmədi. Ola bilər ki, bunun əsas səbəbi Windows 8-in sahib olduğu istifadəçi interfeysi idi. Windows 10 yalnız bu il Windows 7-ni geridə qoya bildi. Belə ki, məhz bu il Windows 10 əməliyyat sistemi bazarının 39%-ni əldə etdi. Windows 7-yə isə bu bazarın 36%-i qaldı.

- 200 milyona yaxın insan hələ də Windows 7-dən istifadə edir:

    Hal hazırda Windows 7 istehlakçı kompüterlər bazarının 12%-nə sahibdir. Bu isə 200 milyon kompüter istifadəçisi deməkdir. Biznes sektorda göstəricilər daha yüksəkdir. Keçən ilki məlumatlara əsasən biznes sektorda müəssisələrin demək olar yarısı Windows 7-ə üstünlük verir.

- Windows 7 seçimlərə və korporativ müştərilərə görə hələ uzun müddət istifadə olunacaq:

    Başqa sözlə desək, Windows 7-ni tamamilə unutmaq hələ tezdir. Bu əməliyyat sistemi istehlakçı kompüterlərindən yoxa çıxır. Lakin biznes sektorda o hələ də istifadə olunacaq. Birincisi Microsoft şirkəti söz verib ki, o, qarşıdan gələn prezident seçkilərində yardımçı ola biləcək əməliyyat sistemlərinin dəstəyini bu ilin noyabr ayına kimi uzadacaq. İkincisi isə şirkət korporativ müştərilərə 2023-cü ilə kimi xidmət göstərməyə davam edəcək.

Mənbə: 4pda.ru

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×