Logo
    main-post-cover

    Xiaomi, 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə başladı

            Xiaomi CEO-su olan Lei Jun aparılan reportaj zamanı şirkətin bəzi gələcək planlarından bəhs etdi. Yaxın günlərdə alt brendi olan Redmi-nin təqdim etdiyi Redmi 10X modeli ilə diqqətləri üzərinə çəkən Xiaomi 6G Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə başlayıb. Şirkəti CEO-su həmçinin Covid-19 pandemiyasının şirkətə yaratdığı çətinliklərdən də bəhs etdi.

    Xiaomi gələcəyin texnologiyaları üzərinə fokuslanıb: 6G və Peyk İnterneti

            Xiaomi CEO-su Lei Jun 6G şəbəkəsi ilə bağlı başqa məlumat verməsə də Peyk İnterneti ilə bağlı bir neçə məlumatı verdi. Xiaomi-nin üzərində işlədiyi peyk interneti texnologiyası iki istiqamətli internet xidmətini təmin edən təkmilləşdirilmiş yeni texnologiya olacaq. Covid-19 pandemiyasından bəhs edən CEO, Xiaomi-nin ciddi komponent çatışmazlığı çəkdiyini bildirdi. Bu da şirkəti 5G dəstəkli smartfonların istehsalı üçün zavodlara əlavə 35 milyon dollar investisiya etmək məcburiyyətində qoyub. Bunun əvəzində Xiaomi 2020-nin sonuna qədər 4G-li smartfonların istehsalını tamamilə dayandıracaq. Artıq bütün Xiaomi smartfonları 5G dəstəkli olacaq. Həmçinin yeni IoT cihazları da istifadəyə veriləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi, 6G və Peyk İnterneti kimi gələcəyin texnologiyaları üzərində işləməyə başladı | Technote