main-post-cover

    Xiaomi Black Shark 2 Pro gamer smartfonunun real fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    26.07.2019
    Farid Pardashunas
        Snapdargon 855 Plus prosessorunun təqdimatından sonra Xiaomi şirkəti bildirmişdi ki, Black Shark 2 Pro gamer smartfonu məhz bu prosessora sahib olacaq. Şirkətin sözügedən smartfon barəsində paylaşmış olduğu rəsmi tizerdən sonra smartfonun real fotosu və test nəticələri də internetdə ortaya çıxdı. Bu barədə Slashleaks saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə fotodan da görmək olar ki, Black Shark 2 Pro modelinin arxa paneli adi Black Shark 2-nin arxa paneli ilə eynidir.

        Yeganə fərqləndirici özəllik ondan ibarətdir ki, Black Shark2 Pro-nun arxa panelində qara rəngli çərçivə yerləşdirilib. Xarici görünüşdə o qədər də ciddi bir dəyişiklik yoxdur. Belə ki, Black Shark 2 Pro modeli adi Black Shark 2-nin daha təkilləşdirilmiş versiyasıdır. Qeyd etmək lazımdır ki, adi Black Shark 2 modeli bu ilin mart ayında təqdim olunmuşdu. Yeni smartfon həmçinin məşhur AnTuTu bençmark saytında da testdən keçib.

        Bir neçə müddət bundan öncə smartfon digər məşhur bençmark saytı olan Geekbench-də testdən keçərək ən güclü Android smartfon siyahısında birinci yeri tutmuşdu. BlackShark DLT-A0 kod adına sahib smartfon AnTuTu testi nəticəsində 405.598 xal toplayıb. Beləliklə Snapdragon 855 Plus prosessoru, 12 GB RAM və Adreno 640 qrafik sürətləndiricisi ilə təchiz olunmuş Black Shark 2 Pro smartfon modeli OnePlus 7 Pro smartfon modelini geridə qoyub. Black Shark 2 Pro 30 iyul tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər