Logo
    main-post-cover

    Xiaomi Black Shark 2 Pro'nun ilk promo videosu və ekran fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    29.07.2019
    Emil
        Təqdimata hazırlaşan Xiaomi Black Shark 2 Pro gamer smartfonunun ilk reklam promo videosu və ekranının real fotosu ortaya çıxıb. Təqdim olunmuş promo video bu smartfon barəsində ortaya çıxmış məlumat sızıntılarını təsdiqləyib. Bu barədə Slashleaks saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə artıq təsdiq olunub ki, smartfon tamamilə yeni prosessor modeli olan Snapdragon 855 Plus vasitəsilə çalışacaq.

        Bununla yanaşı smartfon 2340x1080 piksel keyfiyyətli 6.39 düym AMOLED ekran, 12 GB RAM, UFS 3.0 standartlı daxili yaddaş həcmi və 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz oluncaq. Qeyd etmək lazımdır ki, Xiaomi Black Shark 2 Pro-nun təqdimatı 30 iyul tarixində Çində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər