
Xiaomi BlackShark gamer smartfonunun güman olunan fotosu sızdırıldı
Elm & Texnologiya
03.04.2018
Emil
Bugün səhər paylaşdığımız xəbərdə qeyd etmişdik ki, Black Shark Technology şirkəti Xiaomi BlackShark gamer
smartfonunu 13 Aprel tarixində təqdim edəcək. Həmçinin Xiaomi şirkəti bugün
sözügedən layihədə iştirakını təsdiqlədi. Bir neçə müddət bundan öncə
smartfonun AnTuTu bençmark saytının testləri sayəsində texniki göstəriciləri məlum
olmuşdu. Beləliklə smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM və 256 GB daxili
yaddaş ilə təchiz olunaraq Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə
çalışacaq.

Smartfon həmçinin Quick Charge 3.0 sürətli enerji yığma özəlliyinə
sahib olacaq. Bugün sızdırılmış yeni fotodan da görmək olar ki, Xiaomi
BlackShark fiziki joystick və oyunlar üçün nəzərdə tutulmuş digər idarəetmə
sistemləri ilə təchiz olunacaq. Həmçinin sızdırılmış fotoda smartfonun 3.5
mm-lik audiogirişə sahib olacağı da əks olunub. Lakin bütün bunlara baxmayaraq
sızdırılmış yeni fotonun həqiqətən də Xiaomi BlackShark-a aid olduğu tam dəqiq
deyil. Buna görə də həmin fotoya skeptik yanaşmaq lazımdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
