main-post-cover

    Xiaomi BlackShark gamer smartfonunun təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    02.04.2018
    Emil Nəcəfov
        Black Shark Technology şirkəti özünün BlackShark adlı ilk gamer smartfonunun təqdimatına dəvətnamələr göndərib. Məlumata əsasən belə bir smartfonun yaradılmasında əsas vasitəçi şirkət Xiaomi-dir. Beləliklə yeni smartfonun təqdimatı 13 Aprel tarixində baş tutacaq. Görünür, smartfon sözün əsl mənasında güclü olacaq. Hal-hazırda smartfon barəsində təsdiq olunmuş bir məlumat ondan ibarədir ki, Xiaomi BlackShark 2.8 GHz tezlikli 8 nüvəli Snapdragon 845 prosessoru və Adreno 630 qrafik sürətləndiricisi ilə təchiz olunacaq. Onun qalan özəlikləri isə benchmark saytı sayəsində məlumdur.

        Belə ki, smartfon 8 GB RAM və 32 GB daxili yaddaşa sahibdir. Lakin qeyd etmək lazımdır ki, 32 GB daxili yaddaş yalnız prototip versiyada idi. Yəni təqdimatda olacaq final versiyada 128 GB daxili yaddaş təqdim oluna bilər. Ekran ölçüsü barəsində məlumat olmasa da, çox güman ki, o, 18:9 nisbətində və 2160x1080 piksel keyfiyyətində olacaq. Smartfonun hələ ilk tizer fotolarından məlum idi ki, o, yaşıl rəngin iştirakı ilə olacaq aqressiv dizayna sahibdir. Buna baxmayaraq Xiaomi-nin bu layihədə iştirakının təsdiqlənib-təsdiqlənməyəcəyi də tam aydın deyil. Sözügedən cihazın Mi Home adlı crowdfunding platformasında maliyyələşdirilməsi elan olunsa heç təəccüblü olmayacaq.

    Linki kopyala