Logo
    main-post-cover

    Xiaomi bu il Xiaomi Pad seriyasında 3 yeni planşeti təqdim edəcək

        Xiaomi şirkəti bu il Xiaomi Pad planşet seriyasının yeni modellərini təqdim edəcək. Verilmiş məlumata əsasən şirkət bu il üçün Xiaomi Pad seriyasında 3 yeni planşet modelinin təqdimatını planlaşdırır. Hal hazırda Xiaomi Pad seriyasına 3 planşet modeli daxildir. Xiaomi Pad 5 ilə Pad 5 Pro modelləri 2021-ci ilin avqust ayında təqdim olunmuşdular. Təqdimatdan 1 il sonra isə daha bir Pro model təqdim olundu və o, 11 düym əvəzinə 12.4 düym ekran ilə təchiz olundu.
        Verilmiş yeni məlumata əsasən şirkət bu il 3 yeni planşet modelini birdən təqdim edəcək. Söhbət, Xiaomi Pad 6, Pad 6 ProPad 6 Ultra modellərindən gedir. Məlumata əsasən Xiaomi Pad 6 modeli Snapdragon 870 prosessoru, Pad 6 Pro isə Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı bu planşetlər 12 GB-a kimi RAM 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaqlar. Gözləntilərə əsasən hər iki model 11 düym ekran ilə təchiz olunacaq. Xiaomi Pad 6 Ultra-nın texniki özəllikləri barəsində isə hələ ki, heç bir məlumat yoxdur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi bu il Xiaomi Pad seriyasında 3 yeni planşeti təqdim edəcək | Technote