Xiaomi'dən Mi Watch adlı smart saat modeli - QİYMƏTİ

Xiaomi'dən Mi Watch adlı smart saat modeli - QİYMƏTİ

Texnologiya
05.11.2019 PAYLAŞIM

    Bugünki təqdimat zamanı Xiaomi şirkəti CC9 Pro smartfon modelindən əlavə olaraq WearOS əməliyyat sistemi vasitəsilə çalışan Mi Watch smart saat modelini də təqdim etdi. Öz rəqiblərində olan baza funksiyalardan əlavə olaraq Mi Watch smart saatı bir dəfə şarj olunandan sonra uzun müddət çalışmağı, təkmilləşdirilmiş multimedia funksionallığı və kontaktsız ödənişlər üçün NFC modulun mövcudluğu ilə diqqəti cəlb edir. Beləliklə Mi Watch modeli 1.78 düym AMOLED ekrana sahibdir və ekran üzərindəki piksellərin sıxlıqları 326 ppi təşkil edir. Ekranın özü isə cızıqlardan qorunmaq üçün göy yaqutdan hazırlanmış xüsusi örtük ilə örtülüb.

    Saatın gövdəsi alüminium materialdan hazırlanıb və gövdənin sağ hissəsində interfeys üzrə idarəetmə üçün nəzərdə tutulmuş dairəvi düymə yerləşdirilib. Həmin hissədə həmçinin mikrofon və düzbucaqlı formasında olan çoxfunksionallı düymə var. Smart saatın sol hissəsində isə səsgücləndiricilər və ikinci mikrofon yerləşirlər. Cihazın arxa panelinə şarj cihazı üçün nəzərdə tutulmuş cərəyan kontaktları və ürək döyüntülərinin təyin edilməsi üçün ötürücülər inteqrasya edilib. Xiaomi Mi Watch 4 nüvəli Snapdragon 3100 4G prossessoru, Adreno 304 qrafik çipi və 570 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra bu smart saat aktiv istifadə zamanı 36 saat, gözləmə rejimi zamanı isə 2 gün çalışa bilir.

    Smart saatda olan NFC modul Çində Alipay ödəniş servisini dəstəkləyir. Smart saatın naqilsiz interfeyslər siyahsına həmçinin Bluetooth 4.2, Wi-Fi 802.11n və GPS daxildirlər. Fitnes funksiyalar isə özlərində ürək döyüntülərinin ritm təyinini, qanda oksigen miqdarının təyinini və yuxunun aktivliyi ilə keyfiyyətinin monitorinqini birləşdirirlər. Bu il təqdim edilmiş Mi Band 4 smart qolbağı kimi Mi Watch da Android iOS cihazlarla çalışa bilir. Smart saatda olan MIUI for Watch adlı istifadəçi interfeysi vasitəsilə istifadəçi uzaqdan hava təmizliyicilərini. smart işıqlandırma sistemlərini və digər IoT cihazları idarə edə bilər.

    Bununla yanaşı Mi Watch XiaoAI adlı səsli köməkçini dəstəkləyir və smartfondan asılı olmayaraq öz yaddaşında musiqiləri saxlaya və onları işə sala bilər. Bu üsul ilə istifadəçi smartfonu evdə qoyaraq idman zalına və ya qaçışa təkcə smart saat ilə gedərək rahat şəkildə musiqi dinləyə bilər. WearOS platforması özündə online mağazanı da birləşdirir. Mi Watch-da eSIM kartından istifadə olunur. Onun vasitəsilə istifadəçi zəng edə, zəngləri qəbul edə və ya internetə daxil ola bilər. Mi Watch-un Çindəki qiyməti 185$ təşkil edir. Smart saat 11 noyabr tarixində satışa çıxacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


6000 mAh-lıq batareyaya sahib Galaxy M31 təqdim olundu - QİYMƏTİ

Samsung şirkəti Galaxy M31 smartfon modelini təqdim etməklə özünün orta büdcəli smartfonlar seriyası..


Samsung şirkəti 16 GB-lıq RAM-ların istehsalına start verib

Müasir smartfonlar desktop kompüterlər və noutbuklar kimi yüksək göstəricili RAM-lar ilə təchiz olun..


LG şirkəti Q51 adlı orta büdcəli smartfonu təqdim etdi (VİDEO) - QİYMƏTİ..

LG şirkəti Q51 adlı smartfon modelini təqdim etməklə özünün büdcəli smartfon seriyasını genişləndird..


Redmi K30 Pro 5G-nin ön panel dizaynı və təqdimat tarixi məlum oldu

Xiaomi şirkətinin Redmi brendi Çinin Weibo sosial şəbəkəsində Redmi K30 Pro 5G flaqman smartfon mode..


Huawei P40 flaqman smartfon seriyasının dəqiq təqdimat tarixi məlum olub

Dünən Huawei şirkətinin Barelonada baş tutmuş təqdimat tədbiri çərçivəsində şirkət təkcə öz yeni məh..


Xiaomi Black SHark 3 gamer smartfonunun təqdimat tarixi elan edildi

Bir neçə ay ərzində olmuş məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda yeni gamer smartfon m..