
Xiaomi eynək formasında hazırlanmış naqilsiz qulaqlığı təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
10.04.2023
Emil
Xiaomi şirkəti bazarda ən qeyri-adi naqilsiz qulaqlıqlardan birini anons edib. Söhbət, adi Günəş eynəyi tərzində hazırlanmış naqilsiz qulaqlıqdan gedir. Mijia Smart Audio Glasses adını əldə etmiş bu naqilsiz qulaqlıq səsin həcmli şəkildə səsləndirilməısini təmin edir, ətraf səs-küyün boğulması funksiyasını dəstəkləyir və səsli köməkçinin işə salınmasını mümkün edir. Eynək tərzində reallaşdırılmış bu naqilsiz qulaqlığın çəkisi cəmi 38.1 qramm təşkil edir.
Cihazın bir neçə versiyası var və onlar öz aralarında eynəyin çərçivə dizaynı üzrə fərqlənirlər. İstifadəçi öz istəyinə uyğun olaraq ya şəffaf ya da qaraldılmış şüşəyə sahib eynəyi əldə edə bilər. Məlumatda qeyd edilib ki, eynək səsi birbaşa istifadəçinin qulağına ötürür və bu halda kənarda olan şxəslər ötürülən səsi eşitmirlər. Eynək vasitəsilə təkcə musiqiyə qulaq asmaq deyil, həmçinin telefon zənglərini reallaşdırmaq olar. Buna görə də eynəkdə ətraf səs-küyün boğulması üzrə süni zəka əsaslı texnologiyadan və ötürülən səsin yaxşılaşdıırlması funksiyasından istifadə edilir.
Xiaomi bildirib ki, eynəyə yerləşdirilmiş batareya 7 saat ərzində telefon danışığı rejimində, 10 saat ərzində musiqi dinləmə rejimində və təqribi olaraq 1 həftə ərzində gözləmə rejimində çalışmağa imkan verir. Eynək çərçivəsinin hər iki tərəfindən sensorlu idarəetmə paneli mövcuddur. Eynəyin gövdəsi həmçinin IP54 standartı üzrə sudan və tozdan qorunur. Xiaomi Mijia Smart Audio Glasses adlı eynək 130$ qiymətində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər