Logo
    main-post-cover

    Xiaomi fərdi 3 nanometrlik prosessorunun hazırlanmasını uğurla yekunlaşdırıb

    Elm & Texnologiya
    23.10.2024
    Emil
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi fərdi 3 nanometrlik prosessoru üzərində çalışır. Çindən olan mənbələrin vermiş olduqları yeni məlumata əsasən isə şirkət 3 nanometrlik prosessorununun hazırlanma prosesini uğurla yekunlaşdırıb. Xiaomi-nin ilk 3 nanometrlik prosessorunun texniki imkanları barəsində ətraflı məlumat olmasa da, qeyd edilib ki, layihə tape-out mərhələsindədir.
         Bu, kütləvi istehsalat prosesinə göndərilməzdən öncə inteqral sxemin layihələşdirilmə prosesinin son mərhələsidir. Gözləntilərə əsasən Xiaomi-nin bu prosessoru TSMC şirkətinin N3E və ya N3P adlı 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Bu, Xiaomi-nin fərdi prosessorunu hazırlamaq üzrə ilk cəhdi deyil. Belə ki, şirkətin 2017-ci ildə təqdim etmiş olduğu Mi 5C smartfonu Xiaomi tərəfindən hazırlanmış Surge S1 adlı prosessor vasitəsilə çalışırdı. Xiaomi-nin öz ilk 3 nanometrlik prosessorunu nə zaman təqdim edəcəyi bilinmir.
    Paylaş