Logo
    main-post-cover

    Xiaomi gələn il 5G dəstəkli yeni mobil prosessorunu təqdim edə bilər

    Elm & Texnologiya
    27.08.2024
    Emil
         İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Xiaomi şirkəti öz yeni mobil prosessoru üzərində çalışır. Məlumatda qeyd edilib ki, əgər hər şey yolunda getsə, şirkət öz yeni mobil prosessorunu 2025-ci ilin birinci yarısında təqdim edə bilər. İnsayderlər bildiriblər ki, Xiaomi öz yeni mobil prosessorunu Unisoc şirkəti ilə birlikdə hazırlayır. Prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək.
         Bununla yanaşı prosessor özündə Unisoc şirkətinin 5G modemini birləşdirəcək və yüksək performans ilə enerji effektivliyini sərgiləyə biləcək. Məlumata əsasən yeni prosessor Snapdragon 8 Gen 1 səviyyəsində performansa sahib olacaq. Xiaomi-nin öz yeni mobil prosessoru üzərində çalışma qərarını verməsi onun Qualcomm MediaTek kimi şirkətlərdən asılılığını aşağı salmaq istəməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, fərdi mobil prosessorun hazırlanması ideyası Xiaomi üçün yenilik deyil. Belə ki, 2017-ci ildə təqdim edilmiş Xiaomi Mi 5c smartfonu şirkətin Surge S1 adlı fərdi prosessoru vasitəsilə çalışırdı.
    Paylaş