
Bundan bir müddət əvvəl Xiaomi Mi 7 modelinin qiyməti ilə əlaqəli xəbər hazırlamışdıq. Bu gün isə telefonun işlək vəziyyətdəki şəkilləri sızdırıldı və bəhs edildiyi kimi iPhone X modelinə çox bənzəyir, amma ondan daha premium görsənir.
Telefonun texniki parametrləri isə belədir:
- Qualcomm Snapdragon 845 çipseti ilə ən güclü prosessoru olan modellərdən olacaq.
- 6 Gb Ram və 64 Gb yaddaşa malik olacaq ( 6 Gb ram və 128 Gb yaddaş olan modeli də olacaq).
- Ekrana inteqrasiya edilmiş barmaq izi sensoru və 3D Üz Oxuma texnologiyası ilə gələcək.
- 3340 mAh tutumundakı batareya ilə telefon 1 gün ərzində rahatlıqla istifadə edilə biləcək.
- Arxada iki dual 16 MP dəyərində kamera olacaq
- Android Oreo 8.1 və MiUİ 9.8.5.2 ilə istifadəçilərə təqdim ediləcək.
İndi isə internetə sızan şəkillərə baxaq.
Şərh yoxdur