main-post-cover

    Xiaomi Mi 7 qiyməti ilə birliktə ortaya çıxdı: Daha ucuz, daha güclü

    Elm & Texnologiya
    05.05.2018
    Nijat Hamid
    Bu ilin səbirsizliklə gözlənilən modellərindən biri olan Xiaomi Mi 7 modeli satış qiyməti ilə birliktə ortaya çıxdı. Qeyd edək ki, Xiaomi verdiyi sözün üstündə durdu və bu parametrlərə, xüsusiyyətlərə malik bir modeli daha ucuz şəkildə bazara çıxaracaq. Mi 7 modeli çinli bir satış saytında ortaya çıxdı və texniki parametrləri də dəqiqləşdi.
    Xiaomi Mi 7 modelinin 6 Gb/64 Gb versiyası 440$, 6 Gb/128 Gb modeli isə 510$ olacaq. Ayrıca cihazda ekrana inteqrasiya edilmiş barmaq izi sensoru və 3D Üz Oxuma texnologiyası olacaq.    
    Bundan əlavə cihazın ekranı iPhone X tərzində çərtikli olacaq və OLED ekran paneli istifadə edəcək. Ekranın ölçüsü isə 5.61 inch olacaq. Ayrıca Mi 7 Plus modeli də olacaq ki, normal modeldən tək fərqi ekran ölçüsünün 6.1 inch olmasıdır. Mi 7 modeli Snapdragon 845 prosessorundan istifadə edəcək və mobil bazardakı ən güclü telefonlardan biri olacaq. 3340 mAH həcmində geniş batareyaya malik modeldə Qi naqilsiz doldurma texnologiyası da istifadə ediləcək. Dual 16 Mp kameraya sahib olacaq bu model Xiaomi modelləri arasında ən yaxşı çəkən telefon olacaq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər