main-post-cover

    Xiaomi Mi Band 5-in qlobal versiyası Mi Smart Band 5 təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    15.07.2020
    Emil Nəcəfov
        Xiaomi şirkəti özünün Mi Band 5 fitnes qolbağının qlobal versiyasını təqdim edib. Fitnes qolbağının qlobal versiyası Mi Smart Band 5 adını əldə edib. Mi Smart Band 5 qolbağı 1.1 düym rəngli AMOLED ekrana sahibdir. Bununla yanaşı qolbaq suya dözümlüdür. Buna görə də istifadəçi rahatlıqla qolbağı taxmış vəziyyətdə hovuzda üzə bilər.
        Qolbaqda olan ürək döyüntülərinin təyini üzrə ötürücülər vasitəsilə istifadəçi öz səhhətinin, yuxusunun, stress səviyyəsinin və hətta menstrual dövrlərinin profilaktikasını apara biləcək. Mi Smart Band 5 qolbağı 11 idman rejimini dəstəkləyir. Təəssüflər olsun ki, qlobal versiya Çində satılan versiya kimi NFC modul ilə təchiz olunmayıb. Həmçinin qlobal versiyada qandakı oksigen səviyyəsinin ölçülməsi üçün nəzərdə tutulmuş ötürücü və Alexa səsli köməkçisi də yoxdur.
        Ola bilər ki, qlobal versiyanın Pro versiyasında bütün bu özəlliklər reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, məlumata əsasən Xiaomi şirkəti qolbağın Pro versiyası üzərində çalışır. Mi Smart Band 5 bir dəfə şarj olunduqdan sonra 14 gün ərzində çalışa bilir. Avropa bazarında qolbaq 40 avro qiymətində satılacaq. Lakin ilk alıcılar onu 35 avroya ala biləcəklər. Mi Smart Band 5 bu ay satışa çıxacaq.
    Linki kopyala